Icma.az
close
up
RU
50 qəpiklik sabunun 10 MÖCÜZƏSİ

50 qəpiklik sabunun 10 MÖCÜZƏSİ

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Mütəxəssislərin fikrincə, təsərrüfat sabunu ilə bir çox məişət problemlərini həll etmək mümkündür. Təsərrüfat sabunu uzun illərdir ki, məişətdə bir çox tapşırıqları həll etmək üçün universal vasitə kimi tanınır.

News24.az Lent.az-a istinadla xəbər verir ki, onun təbii tərkibi və güclü təmizləmə xüsusiyyətləri sayəsində evdə təmizliyi qorumaqla yanaşı, büdcəyə də qənaət etmək olur. 

1. Çətin ləkələrin təmizlənməsi:

Təsərrüfat sabunu parçalar üçün əsl xilasedicidir. Yağ, mürəkkəb və ya ot ləkələri?

Parçanı isladın, ləkənin üstünə sabun sürtün və 15-20 dəqiqə gözləyin. Yuduqdan sonra paltar yenisi kimi görünəcək. Bu üsul hətta həssas parçalar üçün də təhlükəsizdir.

2. Əllərin dezinfeksiyası:

Təsərrüfat sabununun antibakterial xüsusiyyətləri onu əlləri yumaq üçün ideal edir. Sabun yalnız təmizləyir, həm də bakteriya və viruslardan qoruyur, dəridə qıcıqlanma yaratmır.

3. Yanmış yağların təmizlənməsi

Tava və qazanlardakı yanmış yağları təmizləmək üçün sabunlu məhlul hazırlayın. Qazanları yarım saatlıq bu məhlula qoyun, sonra isə süngərlə təmizləyin. Sabun çirkli yerləri hətta soyuq suda belə asanlıqla təmizləyir.

4. Soyuducudakı qoxuların aradan qaldırılması

Soyuducuya qoyulan kiçik bir parça təsərrüfat sabunu artıq nəmi və xoşagəlməz qoxuları özünə çəkir. Rəfləri təmizləmək üçün də sabunlu məhluldan istifadə edin və beləliklə, kimyəvi maddələrdən istifadə etmədən soyuducunu təmiz saxlayın.

5. Pəncərə və güzgülərin yuyulması

Sabunlu məhlul şüşə səthlərin təmizlənməsi üçün mükəmməldir. O, ləkələri iz qoymadan təmizləyir və pəncərələri parlaq edir.

6. Xırda xəsarətlər üçün ilkin yardım

Kiçik kəsiklər və ya cızıqlar zamanı sabunlu köpük yaralı sahəni dezinfeksiya etmək üçün istifadə edilə bilər. Bu, infeksiyanın qarşısını almaq üçün sadə və əlçatan vasitədir.

7. Bitkiləri zərərvericilərdən qorumaq

Təsərrüfat sabunu və su qarışığı bitkilərə hücum edən bit və hörümçək gənələri ilə mübarizədə effektivdir. Bitkiləri bu məhlulla püskürtmək onların sağlamlığına və ətraf mühitə zərər vermir.

8. Kafel və santexnikanın təmizlənməsi

Sabunlu məhlul vasitəsilə kafel və santexnika üzərindəki duz ləkələrini və sabun qalıqlarını asanlıqla təmizləyə bilərsiniz. Nəticədə səthlər yenidən parlaqlıq qazanır.

9. Ayaqqabıların təmizlənməsi

Ayaqqabıları təmizləmək üçün təsərrüfat sabunu əla seçimdir. Onun köməyi ilə kirləri təmizləyib idman ayaqqabılarının ağlığını bərpa edə bilərsiniz. Bundan əlavə, xoşagəlməz qoxular da yox olacaq.

10. Döşəmələrin yuyulması

İsti su dolu vedrəyə bir qədər təsərrüfat sabunu əlavə edin və mükəmməl döşəmə təmizləyici məhlul əldə edin. Bu məhlul parket və laminat da daxil olmaqla bütün döşəmə növləri üçün uyğundur və təmizdən sonra otaqda xoşagəlməz qoxu qoymur. Bu sadə və səmərəli üsullarla təsərrüfat sabunundan gündəlik həyatda daha çox faydalanmaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Fevral 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri