Icma.az
close
up
RU
Dövlət büdcəsinə yenidən baxıla bilər? AÇIQLAMA

Dövlət büdcəsinə yenidən baxıla bilər? AÇIQLAMA

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Hazırda isə Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar 2025-ci ilin dövlət büdcəsinə düzəlişlər edilməsi gözlənilirmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili "Unikal"a açıqlamasında bildirib ki, neftin dünya bazarlarında qiyməti son 1 həftə ərzində təxminən 16% enərək bir barel üçün 61 dollara düşüb.

O bildirib ki, beynəlxalq analitiklərin proqnozlarına görə, əgər Tramp tarifləri azaldarsa, dünya iqtisadiyyatı resessiyadan yan keçərsə, o zaman neftin qiyməti 2025-ci ildə 62 dollara bərabər ola bilər:

"Əks halda 2025-ci ilin sonuna kimi neftin qiyməti bir barel üçün 50 dollara düşə bilər. 2025-ci ilin dövlət büdcəsi qəbul edilərkən hesablamalar neftin qiymətinin baza ssenari üçün 70 dollar səviyyəsində aparılıb. Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən pressimist ssenari, yəni, neftin qiymətinin 60 dollara düşəcəyi halda bunun dövlət büdcəsinə və Dövlət Neft Fondunun büdcəsinə təsiri də təqdim edilib. Belə ki, qiymətin 60 dollara düşməsi dövlət büdcəsi gəlirlərini 340 milyon manat, Dövlət Neft Fondu gəlirlərini isə 2.1 milyard manat azalda bilər.

Göründüyü kimi, qiymətin 10 dollar düşməsinin dövlət büdcəsi gəlirlərinə azaldıcı təsiri cəmi 0.8%, Dövlət Neft Fondu büdcəsinin gəlirlərinə isə azaldıcı təsiri daha çox, 14.5% təsir edə bilər. Bu ilin 1-ci rübünün dövlət büdcəsinin icrası göstərir ki, hazırda dövlət büdcəsində 1.6 milyard manatlıq profisit var. Verilən proqnozlar əsasında hazırda dövlət büdcəsinin icrası ilə bağlı ciddi risklər görünmür. Azərbaycanın ciddi iqtisadi ehtiyatları var. Hesab edirəm ki, hadisələrin gedişatına uyğun olaraq tarazlayıcı və əlverişli iqtisadi siyasət icra ediləcək"

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Aprel 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see359

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see357

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see287

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see248

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see234

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see219

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see213

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see197

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see196

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see195

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see189

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see188

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see185

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see181

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see175

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see175

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see173

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see164

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see145

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri