Icma.az
close
up
RU
Dövlət Dəniz və Liman Agentliyi gəmiləri təmir etdirə bilmir

Dövlət Dəniz və Liman Agentliyi gəmiləri təmir etdirə bilmir

"Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxsinin gəmilərə cari təmir xidməti ilə bağlı elan etdiyi tender ləğv edilib.

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin ümumi dəyəri 127 286 AZN olub.

Cabir Həsənov

seeBaxış sayı:26
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri