Icma.az
close
up
RU
Sahil Babayev gələn ilin dövlət və icmal büdcə layihələri ilə bağlı tapşırıqlar verdi

Sahil Babayev gələn ilin dövlət və icmal büdcə layihələri ilə bağlı tapşırıqlar verdi

Icma.az, Yenisabah saytına istinadən bildirir.

İyunun 5-də Azərbaycan Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2024-cü ildə görülmüş işlər, əhalinin sağlamlığının qorunması sahəsində ötən il həyata keçirilmiş tədbirlər, cari məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət 2024-cü ildə ölkənin hərtərəfli inkişafına, sosial-iqtisadi sahədə dayanıqlı artımın və makroiqtisadi sabitliyin təmin olunmasına mühüm töhfə verib. Bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərərək, həm gəlir və xərclər üzrə proqnozların tam yerinə yetirilməsinə, həm də fiskal intizamın qorunmasına və maliyyə mövqelərimizin daha da möhkəmlənməsinə şərait yaradıb.

Kollegiya iclasında 2024-cü ilin dövlət büdcəsinin icrası barədə məsələlərə toxunulub, dövlət büdcəsinin mədaxilinin 37,2 milyard manat olmaqla, proqnoza qarşı 774 milyon manat və ya 2,1 faiz çox icra edildiyini bildirilib. Ötən ilin dövlət büdcəsinin xərcləri isə proqnozun 95 faizi həcmində və ya 37,7 milyard manat icra edilib. Dövlət büdcəsinin kəsri isə nəzərdə tutulan proqnozdan 2,8 milyard manat və ya 83,5 faiz az olub.

Maliyyə naziri bildirib ki, il ərzində dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən müdafiə, milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, sosial təminat və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, biznesə iqtisadi dəstək tədbirləri, habelə təhsil, səhiyyə, investisiya, mədəniyyət, idman və digər sahələrdə zəruri xərclərin maliyyələşdirilməsi tam və vaxtında təmin edilib.

Qeyd olunub ki, dövlət büdcəsinin icrası çərçivəsində il ərzində xəzinədarlıq orqanları tərəfindən ümumilikdə 1 milyon 587 min ödəniş sənədi icra olunub.

S.Babayev dövlət maliyyəsinin idarə olunmasında müasir texnologiyaların tətbiqi və rəqəmsallaşmanın sürətləndirilməsinin vacibliyini vurğulayıb, Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xəzinə xidmətlərinin keyfiyyətinin və operativliyinin artırılması, risk əsaslı avtomatik ödəniş sisteminin qurulması, ödəniş prosesinin sadələşdirilməsi və elektronlaşdırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Eyni zamanda, nazir risk əsaslı qiymətləndirmə meyarları əsasında ödənişlərin icrasını təmin etmək məqsədilə Dövlət Maliyyə Nəzarəti Xidməti ilə birgə fəaliyyətin təşkil edilməsinin zəruriliyini qeyd edib, bu mexanizmin tətbiqi nəticəsində büdcə vəsaitləri üzərində nəzarətin daha da gücləndiriləcəyini vurğulayıb.

Kollegiya iclasında 2024-cü ildə əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlərdən də bəhs olunub. Bildirilib ki, dövlət büdcəsinin imkanlarının genişlənməsi nəticəsində səhiyyə sahəsinə ayrılan vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, son 5 il ərzində səhiyyə xərclərində artım 2,1 dəfə olub. 2024-cü ilin dövlət büdcəsində “Səhiyyə” bölməsi üzrə xərclərin icrası 1 milyard 828,8 milyon manat təşkil edib. Bu vəsaitin əsas hissəsi əhalinin büdcə vəsaiti hesabına icbari tibbi sığorta ilə əhatə olunmasına və bir sıra dövlət proqramlarının maliyyələşdirilməsinə sərf olunub.

Kollegiyanın sədri əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən islahatlar üzrə Maliyyə Nazirliyinin səlahiyyətləri çərçivəsində qarşıda duran vəzifələrin operativ icrasının davam etdirilməsi, həyata keçirilən islahatların maliyyə təminatı ilə bağlı zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verib.

Kollegiya iclasında Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti, eləcə də Nazirlik sistemində çalışan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı mövcud vəziyyətin təhlilinə dair təqdimatlar nümayiş etdirilib və müvafiq məruzələr dinlənilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrasının qiymətləndirilməsi sisteminin tətbiq olunduğu son 3 il ərzində Maliyyə Nazirliyi üzrə icra göstəricisi 97 %-dən yuxarı olub. Hazırkı qiymətləndirməyə əsasən, 17 nazirlik arasında tapşırıqların sayı ilə onların icra faizi nisbətinə görə Maliyyə Nazirliyi ən yüksək nəticə göstərən qurumlardan biri kimi ön sıralarda yer alır.

Cari ildə Maliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrdən bəhs edən Sahil Babayev 2026-cı il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və müvafiq büdcə zərflərinin tərtib olunaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun davam etdirilməsi ilə bağlı tapşırıqlar verib.

İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyun 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see248

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see206

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see170

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see139

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see137

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri