Icma.az
close
up
RU
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar

Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum Vaşinqton görüşlərindən sonra ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı tənqidi hesabat yaydı.

Azərbaycanda bir çox insanlarda (protest elkoratında) bu hesabat eyforiya, bir çoxlarında (hakimiyyət tərəfdarlarında) isə əksnə təəccüb və məyusluq yaratdı. Ona görə də hakimiyyət tərəfdarları ilə qarşı düşərgə arasında bu hesabat ətrafında çox qızgın polemika yarandı. Bu polemikada bəzi deputatlar da müxalifətə qarşı sərt çıxışlar etdilər, qarşılığında eyni sərtlikdə cavab aldılar.

Bizə görə isə bu cür hesabatlara görə müxalifətə qarşı bu səviyyədə ittihamların yeri yox idi. Əvvəla, ona görə ki, bu hesabatı müxalifət deyil, ABŞ Dövlət Departamenti tərtib edib və yayıb. Doğrudur, bu və ya başqa ölkəyə dair bu cür sənədlərin hazırlanmasında həmin ölkələrdəki müxalifət qüvvələrinin və vətəndaş cəmiyyətinin, eləcə də, tənqidçi medianın məlumatlarından istifadə olunur. Bu məlumatların doğru olub-olmadığı yoxlanılırmı? Deyə bilmərəm. Hər halda bu cür təcrübə artıq konkret olaraq Azərbaycana münasibətdə onilliklərdir, davam edir. Hesabatı hazırlayan və yayan ölkə bu və ya başqa ölkənin hakimiyyətini təzyiq altında saxlamaq üçün yerli müxaifətdən, QHT-lərdən, mediadan məlumat mənbələri və deməli, vasitə olaraq istifadə edir. Bu da birinci dəfə deyil.

Yeri gəlmişkən, belə tənqidi hesabatları müxtəlif ölkələr bir-biri haqqında hazırlayıb yayırlar. Eləcə də, BMT-nin anoloji hesabatları olur. Hətta Avropa ölkələrindəki vəziyyəti tənqid edən hesabatlar və xüsusi məruzələr də var. Eləcə də, başqa ölkələrin ABŞ-ın özünü insan hüquqlarının pozulması faktlarına və başqa məsələlərə görə sorğulayan məruzə və hesabatları var. Tutaq ki, seçkilərlə bağlı məsələni götürsək, ABŞ-ın özündə hakimiyyətlə müxalifət arasındakı polemika - qarşılıqlı ittihamlar öz sərtliyinə görə Azərbaycndakından fərqlənmir. Eyni hallar Avropada da müşahidə olunur. Bu yaxınlarda, məsələn, Fransada polis zorakılığı, polis idarələrindəki işgəncələr haqqında BMT-nin məruzəsi var idi.

Çin Xarici İşlər Nazirliyinin ABŞ-dakı vəziyyət haqqında hesabatlarına göz gəzdirsəniz, başınızdan tük qabarar. Çin tərtib edib deyə, "qərəzlidir" deyə bilərsiniz. Ancaq bu hesabatlar da ABŞ-ın özündəki mənbələrə - ictimai institutların məlumatlarına əsaslanır.

Odur ki, əsas məsələ ABŞ Dövlət Departamentinin hesabatında nələrin və necə yazılması deyil, bu sənədin doğura biləcəyi, ya da doğurmalı olduğu, eləcə də, doğurmayacağı nəticələrdir.

Ağ Evdəki görüş zamanı prezident Donald Tramp Azərbaycanlı həmkarından neçə ildir prezident olduğunu soruşdu, o da 22 il cavabını verdi. Bax, bu 22 ildə ABŞ Dövlət Departamenti 22 dəfə illik hesabat yayıb. Hələ 1993-cü ildən bəri keçən müddəti götürsək, 32 ildir, eyni məzmunlu - tənqidi hesabatlar dərc olunub. Hər belə hesabat yayılanda isə, tənqid olunan ölkədə yerli müxalifət (istər Azərbaycan olsun, istər başqa bir dövlət olsun, fərq etməz) bundan təbii olaraq hakimiyyətə qarşı öz təbliğatında istifadə edir. Ancaq bu, nəyi dəyişir? Ümumiyyətlə, nəyisə dəyişirmi?! Ona baxmaq lazımdır.

Əgər bu ölkədə ən azı 22 il hakimiyyətdə olan varsa, deməli, ən azı 22 il müxalifətdə qalan var. Hətta eyni siyasi qüvvənin hakimiyyətindən söhbət gedirsə, deməli, bu rəqəm 32 ildir. Bir siyasi qüvvənin 32 il hakimiyyətdə olması sorğulanarkən, eynilə eyni qüvvə(lər)in bu cür uzun müddət müxalifətdə qalmasının səbəbləri də maraq mövzusuna çevrilir. Eynilə özünü dünyada "demokratiya polisi" kimi aparan məlum dövlətlərin də ən azı ildə bir dəfə yaydıqları tənqidi hesabatların nəyə yaradığı da haqlı sual yaradır.

Düz 22 il əvvəl - Azərbaycanda prezident seçkilərindən sonra həmin ABŞ-ın Konqresində bir qətnamə qəbul edilmdi. Həmin qətnamədə deyilirdi ki, əgər lazım gəlsə, ABŞ Azərbaycanda prezident seçkilərinin təkrar keçirilməsini tələb edə bilər.

O sənədin qəbul edilməsindən, dediyim kimi, 22 ilə yaxın vaxt keçib, amma Amerikalı "LAZIM" hələ də gəlib çıxmayıb. Bu 22 ildə Azərbaycanda prezident seçkilərinin yenidən keçirilməsini tələb edən 22 nəfər Amerikada ortaya çıxdımı?! Yox. Eynilə Avropa Parlamentinin və sair Qərb institutlarının qətnamələrini, qərarlarını götürək. Hər bir hüquqi, yaxud siyasi sənəd özünün doğurduğu nəticələrlə qiymətlidir. Hüquqi və ya siyasi. ABŞ Dövlət Departamentinin hesabatları Azərbaycan üçün hansı hüquqi, siyasi nəticələr doğurub?! Bəlkə bunun nəticəsində ölkədə hakimiyyət dəyişib?! Xeyr, bu, baş verməyib. Əksinə 22 illik prezident Ağ Evdə ən yüksək hakimiyyət səviyyəsində qəbul edilib.

Düşünürəm, ABŞ Dövlət Departamentinin bu hesabatı rutin bir prosedur olmaqla yanaşı, həm də müxalifətdə olan Demokratların tənqidi hücumlarından sığortalanmağa yönəlmiş gedişdir. Vaşinqton razılaşmalarından sonra belə bir daxili siyasi ehtiyac yarana bilər. Başqa sözlə, bu hesabat daha çox daxili auditoriyaya hesablanıb.

Əgər ABŞ tərəfdaşlıq qurarkən bu və ya başqa ölkədəki siyasi vəziyyəti, o cümlədən, hakimiyyətlərin necə formalaşdığını, ölkəni necə idarə etdiyini nəzərə alsaydı, onda gərək Sıudiyyə Ərəbistanına heç gözünün ucu ilə də baxmayaydı. Halbuki əksinə oldu: Donald Tramp səlahiyyət müddəti başlayan kimi birinci bu ölkəyə səfər etdi.

Bilirsiniz, bunları niyə deyirəm?! Xarici təsirləri, "demokratiya polisi" rolunu oynayanların özlərinin elan etdiyi dəyərlərə sədaqətini çox da şişirtmək, onları ideallaşdırmaq lazım deyil. Birinin sənin taleyində yerini və rolunu həddən artıq gözündə böyütdünsə, bunun mənfi nəticəsi də çox ağır olur. Hər xalq öz problemlərini öz ölkəsinin daxilində özü həll edir. Xarici təsirlər, sadəcə, köməkçi faktorlardır.

Azərbaycanda hakimiyyət nümayəndələrinin hesabatdan narahat olmasını da, müxalifətin bundan ruhlanmasını da siyasi baxımdan anlamaq olar. Ancaq bu sənədin Azərbaycanda və Azərbaycan ətrafında hansısa ciddi, köklü nəticələr doğuracağını, doğrusu, gözləmirəm. Xüsusilə, Azərbaycan-Rusiya münasibətlərinin indiki kontekstində və ABŞ-la strateji tərəfdaşlığın qurulması fonunda və sair.

Bəli, o fikirlə razıyam ki, Azərbaycan Rusiya-İran məngənəsindən çıxdıqca, Qərb məkanına daha çox inteqrasiya olunur. Bunun da, bəzi proqnozlara görə, demokratikləşmə prosesini sürətləndirəcəyi gözlənilir.

Bu proqnozlar nə qədər doğrulacaq?! Bunu zaman göstərəcək. Ancaq Azərbaycan ABŞ-dan da qabaq Çinlə strateji tərəfdaşlıq qurub. Rusiya ilə də strateji tərəfdaşlıq sənədi denonsasiya edilməyib; Moskva Cənubi Qafqazdakı yeni reallıqlarla barışacağı, yaxud hesablaşacağı təqdirdə, rəsmi Bakı ilə indiki gərginlik də aradan qalxa bilər (Rusiya ilə düşmən olmaq Azərbaycanın planlarına daxil deyil). Bundan başqa Avropa İttifaqı Azərbaycanla münasibətləri qaydaya salmağa maraq və səy göstərir.

Bütün bu proseslər fonunda Azərbaycan haqqında hansısa tənqidi hesabatın real nəticələr doğuracağı inandırıcı görünmür. Hər halda indilik.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Avqust 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see213

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see161

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see160

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see134

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see124

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see123

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see123

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see122

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see121

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri