Dövlət Departamentinin əməkdaşı Çin casusu imiş
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Virciniya ştatının Şərq dairəsi məhkəməsi ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşını məxfi məlumatları Çin kəşfiyyat xidmətlərinə ötürdüyünə görə 4 il həbs cəzasına məhkum edib.
Bakupost.az Amerika mətbuatına istinadən xəbər verir ki, bu barədə məhkəmə materiallarında deyilir.
İstintaqa görə, 42 yaşlı Maykl Çarlz Skina internetdə özünü ona beynəlxalq konsaltinq şirkətlərinin işçiləri kimi təqdim edən insanlarla tanış olub. 2022-ci ilin aprel ayından müxtəlif elektron platformalar vasitəsilə onlarla əlaqə saxlayıb və pul kompensasiyası müqabilində onlara məxfi məlumatları ötürüb.
ABŞ Ədliyyə Nazirliyinin məlumatında deyildiyi kimi, Skina həmsöhbətlərinin Çin hökumətinin maraqlarına uyğun hərəkət etdiyinə dair kifayət qədər aydın siqnallar aldıqdan sonra da onlarla əlaqə saxlamağa davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 05 Sentyabr 2025 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















