Dövlət Departamentinin işçilərinin əhval ruhiyyəsi çox işə görə pisləşir
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Departamentinin əməkdaşlarının əhval-ruhiyyəsi planlaşdırılmış ixtisarlar və amerikalıların Yaxın Şərqdən təxliyə etmək üçün tələb olunan əlavə iş vaxtı səbəbindən kəskin şəkildə aşağı düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Qeyd olunub ki, qurumun əməkdaşlarının əksəriyyəti ABŞ prezidenti Donald Tramp administrasiyasının Dövlət Departamentində kütləvi ixtisarlar aparmaq planlarına görə qıcıqlanır və əsəbiləşir. Nəşr vurğulayıb ki, İsrail və İran arasında qarşılıqlı hücumlar səbəbindən mənəvi baxımdan daha da sarsılan işçilərə Yaxın Şərqi tərk etmək istəyən ABŞ vətəndaşlarına kömək etmək üçün əlavə tələblər olub.
Dövlət katibi Marko Rubio may ayında Konqresə iyulun 1-dək ABŞ-da 2000-ə yaxın agentlik işçisini ixtisar etmək planları barədə məlumat vermişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 İyun 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















