“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlandı
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən elan olunmuş 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Reqlamentə əsasən müsabiqəyə layihələrin qəbulu 15 aprel - 12 iyun 2025-ci il tarixləri ərzində http://arka.culture.az saytı vasitəsilə həyata keçiriləcəkdir.
Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər hüquqi şəxslər iştirak edə bilər.
3 mərhələdən ibarət olacaq müsabiqənin nəticələrinin 2 Avqust – Azərbaycan Kinosu Günündə elan edilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və bu sahədə özəl sektorun dəstəklənməsi, müvafiq sahədə fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Aprel 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















