“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin ikinci mərhələsi başa çatıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 25 dekabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin ikinci mərhələsi başa çatıb.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu mərhələdə 17 şirkət tərəfindən təqdim edilmiş 32 tammetrajlı bədii film layihəsi üzrə ilkin tələblərin uyğunluğu yoxlanılıb, eyni zamanda layihələrin tritmentləri bədii baxımdan qiymətləndirilib.
Layihələrin müsabiqə çərçivəsində müəyyən edilmiş mövzulara uyğunluğu, orijinallığı, əhəmiyyətliliyi və digər meyarlar əsas götürülüb.
Beləliklə, ümumilikdə 10 layihə - "8 gün" (“Alıoğlu Media Group” MMC), "Berqmana məktublar" (“Buta Film” MMC), "Dolu 2" (“CNF” MMC), "Varis" (“Dream Big Company”), "Mən, Lalə, bir də o" (İctimai Televiziya və Radio Yayımları Şirkəti), "Sonuncu qastrol" (“Karvan Production” MMC), "Xalı" (“Mediamaster” MMC), "Qələbə gülü" (“Narimanfilm” MMC), "Bir, iki, üç" (“Nova Gorica Kino Mərkəzi” MMC), "Rəqqa" (“Rakurs Film-Media” MMC) və "Türkmənçay" (“Şahdağ Film” MMC) - 3-cü mərhələyə keçib.
Qeyd edək ki, bu mərhələdə iştirak hüququ qazananlar müsabiqənin reqlamentinin üç nömrəli əlavəsində göstərilən sənədləri 1 ay müddətində Azərbaycan Respublikasının Kino Agentliyinə elektron qaydada təqdim etməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 25 Dekabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















