Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İctimai Şuranın üzvlərini qəbul edib FOTOLAR
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranınüzvlərini qəbul edib.
Komitənin sədri Şahin Bağırov, İctimai Şuranın son iki illik fəaliyyətini yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.
Daha sonra, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev çıxış edərək qeyd edib ki, bu qiymətləndirmə, dövlət tərəfindən ictimai nəzarətin və vətəndaş-dövlət əməkdaşlığının gücləndirilməsinə göstərilən diqqət və qayğının bariz göstəricisidir.
“İctimai Şura olaraq, cənab Prezidentin həyata keçirdiyi dövlət siyasətini bundan sonra da qətiyyətlə dəstəkləyəcəyik. Komitə əməkdaşlarının bizə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildiririk” – deyə Ramil Əliyev bildirib.
Görüşdə İctimai Şura üzvləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tərəfindən təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 30 Dekabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















