Icma.az
close
up
RU
Sumqayıtda pul borcu üstündə dava cinayətlə nəticələndi

Sumqayıtda pul borcu üstündə dava cinayətlə nəticələndi

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Sumqayıt şəhərində təmir sexlərindən birində dava olub. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə şəhərin 76-cı məhəllə ərazisində yerləşən maşın təmiri sexində baş verib. 1986-cı il təvəllüdlü Ravil orada Teymuru döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Ravilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Ravil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 3 il bundan öncə rəsmi şəkildə özünə məxsus həyətyani sahəsinin 46 kvadrat metr hissəsini Teymura satıb: “Teymur ölçü işlərinin düzgün aparılmadığını deyərək ödəyəcəyi puldan 5000 manatını özündə saxladı, ölçü işləri tam başa çataraq sənədini aldıqdan sonra verəcəyini dedi. Lakin buna baxmayaraq mən əmlak komitəsindən mütəxəssis gətirərək ölçü işlərini aparmasını təklif etdim. Teymur isə mənimlə razılaşmır və bunu bəhanə gətirərək pulumu vermir. Hər dəfəsində ondan yerdə qalan borcumu verməsini tələb etdikdə, Teymur hər dəfə müxtəlif bəhanələr gətirir”. 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə günü saat 12:40-da Teymura zəng edib və ehtiyacı olduğundan pulu verməsini tələb edib: “Teymur yenə də razılaşmadı, problemləri həll etdikdə pulumu verəcəyini deyərək ünvanıma nalayiq ifadələr işlətdir. Mən isə ona söyüş söyməməsini dedim. Teymur sözümə əhəmiyyət vermədi və işlədiyi sexə çağıraraq “kişi deyilsən, gəl üzbəüz söhbət edək” dedi. Həmin günü saat 15:30-da Teymurun sexinə getdim. Teymur həmin vaxt maşın təmir edirdi. Teymur məni görən kimi üstümə gəldi, yaxamdan tutaraq nə istədiyimi dedi. Sonra ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbləşərək əl zərbəsi ilə onun üz nahiyyəsindən vurdum. Orada olan sonradan adının Sərdar olduğunu bildiyim şəxs araya girərək məni ayırdıqdan sonra özümə məxsus maşına əyləşdirək getdi”. 
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən ona qarşı şikayətini geri götürüb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Dekabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri