Icma.az
close
up
RU
Dövlət İdarəçilik Akademiyasının məzunları iş tapa bilir? ARAŞDIRMA

Dövlət İdarəçilik Akademiyasının məzunları iş tapa bilir? ARAŞDIRMA

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2022-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən universitetlərin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.

Qeyd edək ki, platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.

Modern.az bundan əvvəl Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Texniki Universitetinin (AzTU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), Sumqayıt Dövlət Universitetinin (SDU) məzunlarının məşğulluğunu araşdırıb.

Bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları araşdırılacaq.

Ali təhsil müəssisəsində iki fakültə var: Siyasi və inzibati idarəetmə fakültələri. Akademiyada Politologiya", "Beynəlxalq münasibətlər", "Hüquqşünaslıq", "Dövlət və bələdiyyə idarəetməsi", "Davamlı inkişafın idarəedilməsi", "Menecment", "İqtisadiyyat" və "Kompüter elmləri" ixtisasları tədris olunur.

Məlumata görə, sözügedən illər ərzində ali təhsil müəssisəsini 1623 nəfər bitirib, onların 1036 nəfəri (63 nəfəri) işlə təmin olunub.

Həmin illərdə məzun olanlardan ən çox iş tapanlar hüquqşünaslıq ixtisasını bitirənlərdir. Dövlət və bələdiyyə idarəetməsi, menecment, iqtisadiyyat, politologiya da məzunları ən çox iş tapan ixtisaslar arasındadır.

Reytinqə görə, ən çox məzunu olanlar ixtisaslar aşağıdakılardır:

Dövlət və bələdiyyə idarəetməsi - 235 məzunu var, onlardan 152-si və ya 64.6 faizi işlə təmin olunub.

Hüquqşünaslıq - 234 məzunu var, onlardan 169-u və ya 72.2 faizi işlə təmin olunub.

Menecment - 205 məzunu var, onlardan 131-i və ya 63.9 faizi işlə təmin olunub.

İqtisadiyyat - 195 məzunu var, onlardan 125-i və ya 64.1 faizi işlə təmin olunub.

Politologiya - 194 məzunu var, onlardan 152-si və ya 77.8 faizi işlə təmin olunub.

Beynəlxalq münasibətlər - 182 məzunu var, onlardan 91-i və ya 50 faizi işlə təmin olunub.

Məzunlara ən çox banklar, Ədliyyə Nazirliyi və bir sıra şirkətlər iş verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri