Icma.az
close
up
RU
İdman Akademiyasının məzunları iş tapa bilir? RƏQƏMLƏR

İdman Akademiyasının məzunları iş tapa bilir? RƏQƏMLƏR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ali təhsil müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyası ölkənin iqtisadi inkişafı və insan kapitalı siyasətinin effektivliyini əks etdirən mühüm göstəricidir. Universitetlərin məzunları ixtisaslarına uyğun şəkildə işlə təmin olunmadıqda, bu həm təhsil sistemindəki struktur problemlərə, həm də əmək bazarındakı balanssızlığa işarə edir. Azərbaycanda son illər sözügedən sahədə müəyyən addımlar atılsa da, müxtəlif universitetlər üzrə məzunların işlə təminat göstəriciləri arasında ciddi fərqlər müşahidə olunur. 
Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2022-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən universitetlərin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.
Qeyd edək ki, platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.

Modern.az bu dəfə Azərbaycan İdman Akademiyasının (AİA) məzunları ilə bağlı vəziyyəti araşdırıb.

AİA-da 6 ixtisas üzrə dərslər keçirilir. Hər ixtisas həm Azərbaycan, həm də rus dilində tədris olunur. 

Məlumata görə, 5 il ərzində universitetdən məzun olanların ümumi sayı 3 min 430 nəfər olub ki, onların da 1690-ı işlə təmin olunub. Bu da ümumi məzunların 49,3 faizini təşkil edir. 

Muzdla işləyənlərin 79,1 faizi özəl, 20, 9 faizi isə dövlət müəssələrində çalışır. İşlə təmin olunan məzunların 92,6 faizi kişi, 7,4 faizi isə qadın olub. İşlə təmin olunmayanlarda isə bu rəqəmlər müvafiq olaraq 96,2 faizi 3,8 faiz olub. 

Əmək bazarına daxil olan məzunların mütləq əksəriyyəti, -1129-u aylıq 400 manat əməkhaqqı alır. Məzunların 381-nin işə düzəlmə müddəti 16-18 ay aralığındadır. 
Digər göstəricilər:
Məzunların 1 ayadək müddətdə işlə təmin olunanlarının sayı 298 nəfərdir.
2–3 ay ərzində iş tapanların ümumi sayı 118 nəfər olub.
4–6 ay müddətində 63 nəfər işə düzəlib.
7–9 ay ərzində 65 nəfər iş tapıb.
10–12 ay müddətində işə qəbul olunanların sayı 58 nəfərdir.
13–15 ay zaman intervalında 340 nəfər işlə təmin olunub.
19–20 ay müddətində 142 nəfər işə düzəlib.
21–23 ay ərzində 203 nəfər iş tapıb.
24 ay müddətində isə işə qəbul olunanların sayı 22 nəfərdir.


İxtisaslar üzrə cəmi məzun sayı aşağıdakı kimidir:

Bədən tərbiyəsi və idman (əyani) ixtisası üzrə ümumi məzun sayı 2016 nəfərdir. Bu məzunlardan 960 nəfəri işə qəbul edilib. Beləliklə, ixtisas üzrə məzunların təxminən 47 faizi əmək bazarında özünə yer tapa bilib.
Məşqçi (idman növü üzrə) ixtisası üzrə isə ümumi məzun sayı 949, onlardan 467 nəfəri işlə təmin olunub. Bu sahədə işlə təminat faizi təqribən 49 faiz təşkil edir.
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisasında 217 məzundan 111 nəfəri işə qəbul olunub ki, bu da 51 faiz-ə yaxın göstəricidir.
İdman menecmenti və kommunikasiya ixtisasında məzun sayı 118, işlə təmin olunanların sayı isə 79 nəfərdir. Bu ixtisas üzrə işlə təminat faizi 67 faiz-ə yaxın görünür.

Bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasında 65 məzundan 42 nəfəri iş tapıb (təxminən 64 faiz).
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (təkrar qeyd olunan) istiqamətində 65 məzundan 31 nəfəri işə qəbul edilib (təxminən 48 faiz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri