Dövlət İdarəçilik Akademiyasının tələbələri Gənclər Günü münasibətilə təltif edilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 2 fevral, AZƏRTAC
2 fevral - Gənclər Günü münasibətilə Dövlət İdarəçilik Akademiyasının bir qrup tələbəsi təltif olunub.
AZƏRTAC xəbər verir ki, giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışıb, ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri vurğulayıb. Rektor tələbələrin təhsil həyatında və ictimai fəaliyyətlərdə aktiv iştirakını yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra sosial iş, təlim - tərbiyə və təşkilati məsələlər üzrə müşavir Zaur Məmmədov DİA tələbələrinin son 1 il ərzində əldə etdikləri yüksək nailiyyətlər haqqında məlumat verib.
Sonda, tələbələrin mükafatlandırılma mərasimi keçirilib, tələbələrə sertifikatlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 02 Fevral 2025 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















