Icma.az
close
up
RU
Dövlət idarəçiliyində cavabdehlik və xalqa xidmət prinsipi: Prezident İlham Əliyevin mesajları

Dövlət idarəçiliyində cavabdehlik və xalqa xidmət prinsipi: Prezident İlham Əliyevin mesajları

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr tarixində icra hakimiyyəti rəhbərliyinə yeni təyinat alan şəxslərlə görüşü ölkədə dövlət idarəçiliyinin əsas istiqamətlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüş yalnız yeni təyinatların elan olunması deyil, həm də idarəçilikdə strateji yanaşmanın, müasir tələblərin və vəzifə məsuliyyətinin daha yüksək səviyyədə formalaşdırılması üçün mühüm mesajların verilməsi ilə yadda qaldı. Prezident İlham Əliyev tərəfindən bölgələrə təyin olunan rəhbərlərə konkret tapşırıqlar verilməsi, dövlətin məmur siyasətinin əsas prinsiplərinin izah edilməsi həm real vəziyyətin qiymətləndirilməsinə, həm də gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, rəhbər vəzifələrə təyin olunan şəxslərə göstərilən etimad onların ölkəyə, xalqa və dövlətə vicdanla xidmət edəcəyinə inamdan irəli gəlir. Dövlət başçısı qeyd etdi ki, icra başçılarının fəaliyyəti birbaşa xalqla təmasda olmaqdan, insanların problemlərini öyrənib aradan qaldırmaqdan, sosial ədalət prinsipinə əsaslanmaqdan ibarət olmalıdır.

 Məmur davranışı məsələsi Dövlət Başçısının çıxışında geniş şəkildə vurğulandı. Dövlət başçısı qeyd etdi ki, məmur təkcə vəzifə səlahiyyətlərində deyil, şəxsi həyatında və gündəlik davranışında da nümunə göstərməlidir. Onun yaxın qohumları belə cəmiyyətlə münasibətdə məsuliyyətli davranmalı, məmurun nüfuzuna xələl gətirəcək addımlardan çəkinməlidirlər. Təkəbbür, insanlardan uzaqlaşma, cəmiyyətdən yuxarıda dayanmaq cəhdi məmurun fəaliyyətinə mənfi təsir göstərən amillərdir və bu cür hallar dövlətin siyasətinə kölgə salır.

Prezident İlham Əliyev korrupsiya ilə mübarizə mövzusunda da qətiyyətli mövqeyini bir daha ortaya qoydu. Qanunsuz varlanmaya yol verən, zəbtçilik, torpaq kateqoriyalarının qanunsuz dəyişdirilməsi, qanunsuz tikililər kimi hallara yol açan məmurların artıq hüquqi məsuliyyətə cəlb edilməsi dövlətin prinsipial mövqeyinin göstəricisidir. Dövlət başçısı bildirdi ki, mərkəz tərəfindən qanunsuz göstərişlərin verilməsi illər öncə mövcud olsa da, aparılan kadr və struktur islahatları nəticəsində həmin hallar tamamilə aradan qaldırılıb. Bu, yerli rəhbərlərin öz fəaliyyətlərini şəffaf və qanun çərçivəsində qurması üçün geniş imkanlar yaradır.

 Görüş zamanı bölgələrdə infrastrukturun inkişafı ilə bağlı görülmüş işlər geniş şəkildə xatırladıldı. Son illərdə elektrik enerjisi təminatı, magistral yolların tikintisi, kənd yollarının yenilənməsi, içməli su layihələrinin həyata keçirilməsi, sosial obyektlərin tikilməsi bölgələrin inkişafını sürətləndirən əsas amillər olmuşdur. Prezident İlham Əliyev vurğuladı ki, artıq Azərbaycan bölgələrində əsas infrastruktur layihələrinin əksəriyyəti başa çatdırılıb və bu da insanların rifahına birbaşa təsir edən faktordur.

 Prezident İlham Əliyev məşğulluq məsələlərini yeni icra başçılarının qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyən etdi. Dövlətin sahibkarlığın inkişafına göstərdiyi dəstək, güzəştli kreditlər, özünüməşğulluq proqramları və yeni müəssisələrin yaradılması bölgələrdə işsizliyin azalmasına şərait yaradır. Lakin bu istiqamətdə yerli icra başçıları tərəfindən görüləcək işlər xüsusi əhəmiyyət daşıyır. İcra hakimiyyəti yerli iş adamlarına şərait yaratmalı, investisiya mühitini yaxşılaşdırmalı və özəl sektorun bölgələrdə inkişafına dəstək verməlidir.

 Ekoloji tarazlıq məsələsi də Prezident İlham Əliyevin çıxışında geniş yer aldı. Bakı və Sumqayıtda illər öncə mövcud olan ekoloji problemlərin uğurla aradan qaldırılması nümunə kimi göstərildi. Bölgələrdə də təbiətin qorunması, çay məcralarının dəyişdirilməsinə, tikinti materiallarının qanunsuz hasilatına, ekoloji tarazlığa zərər vuran fəaliyyəti aradan qaldırmaq üçün ciddi nəzarətin tətbiq edilməsi tələb olunur.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər dövlət idarəçiliyinin əsas istiqamətlərini müəyyənləşdirir: xalqa xidmət, şəffaflıq, sosial ədalət, qanunun aliliyi, məsuliyyət, korrupsiyaya qarşı barışmaz mövqe, ekoloji sabitlik və infrastrukturun davamlı inkişafı. Yeni icra başçılarının üzərinə düşən vəzifələr genişdir, lakin dövlət başçısının sərt və prinsipial mövqeyi göstərir ki, Azərbaycan idarəçilikdə yüksək standartlara doğru inamla irəliləməkdədir. Xalqın məmnuniyyətinin təmin edilməsi, yerli problemlərin operativ həlli və dövlət siyasətinə sədaqətli xidmət hər bir rəhbərdən tələb olunan əsas prinsiplərdir.

 Abbas Pənahov,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri