Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisi təşkil ediləcək
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyulun 29-dan 31-dək Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq. Sərgidə Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, "Abituriyent" jurnalı redaksiyası və ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunacaq.
Mərkəzdən XQ-yə bildirilib ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər. Sərgidə, həmçinin ali təhsil müəssisələrinin qəbul şərtləri, elmi-metodiki bazası və digər imkanları təqdimatlarla nümayiş olunacaq.
Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 08 İyul 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















