Icma.az
close
up
RU
Dövlət Komissiyasının nümayəndə heyəti Bosniya və Herseqovinanın İtkin Şəxslər İnstitutunda olub

Dövlət Komissiyasının nümayəndə heyəti Bosniya və Herseqovinanın İtkin Şəxslər İnstitutunda olub

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının Qəzənfər Əhmədov (rəhbər), Zaur İsmayılov və Nicat Bədəlzadədən ibarət nümayəndə heyəti Bosniya və Herseqovina tərəfinin dəvəti ilə ölkəyə səfər çərçivəsində İtkin Şəxslər İnstitutunda olub.

525.az xəbər verir ki, İnstitutun Direktorlar Kollegiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında işçi görüş keçirilib. Azərbaycanlı qonaqlarla görüşdə kollegiyanın sədri Nikola Perişiç, Kollegiya üzvləri Marko Yurişiç və Saliha Cuderiya, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və Səfirliyin birinci katib Emil Ağayev iştirak edib.

Görüşün məqsədi qarşılıqlı əməkdaşlığı müzakirə etmək, itkin düşmüş şəxslərin axtarışı, ekshumasiya, identifikasiya və məlumat bazalarının idarə edilməsi sahəsində təcrübə mübadiləsinə diqqət yetirmək olub.

Komissiyanın katibi Qəzənfər Əhmədov Bosniya və Herseqovinanın münaqişədən sonra itkin şəxslərlə bağlı məsələlərdəki təcrübəsinin əhəmiyyətini vurğulayaraq deyib: “Bosniya və Herseqovinanın müharibədən sonra itkin şəxslərin axtarışı sahəsindəki təcrübəsi son dərəcə dəyərlidir. Sizin ölkənizdə qazanılan təcrübədən çox şey öyrənə bilərik. Bu isə axtarışlarını indi də davam etdirdiyi minlərlə itkin şəxsin yerini müəyyənləşdirməyə kömək edə bilər”.

Sədr Perişiç Bosniya və Herseqovinanın təcrübə mübadiləsi və itkin şəxslərin axtarılıb tapılması üçün bütün maraqlı tərəflərlə əməkdaşlığa sadiqliyini vurğulayaraq əlavə edib: “Ölkəmizdə 1990-cı illərdəki hərbi münaqişə zamanı itkin düşmüş şəxslərin üçdə ikisi tapılıb. Lakin yüzlərlə insanın taleyi hələ də məlum deyil. Ona görə də biz işlərimizi dayandırmırıq - axtarışa davam edirik. Yardım göstərə biləcəyimiz, eləcə də təcrübəsini öyrənə biləcəyimiz hər kəslə işləyirik”.

Hər iki qurum itkin şəxslərin yerini müəyyənləşdirmək, ailələrini onların taleyi barədə məlumatlandırmaq, qurbanların ləyaqətini bərpa etmək, ədalətə və həqiqətə töhfə vermək üçün ümumi məsuliyyəti bir daha təsdiqləyib. Qarşılıqlı əməkdaşlığın itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq və onların ailələrini dəstəkləmək üçün daha səmərəli mexanizmlər yaratmağa kömək edəcəyi vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri