Dövlət komitələrinin neçə müavini var? Ən çox müavin bu komitədədir
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinlərinin sayını artırıb.
Yeni fərmana əsasən, Komitə sədrinin bir birinci müavini və üç müavini olacaq. Əvvəlki qaydada isə bir birinci müavin və iki müavin vəzifəsi nəzərdə tutulurdu.
Bu dəyişiklikdən sonra Azərbaycanda dövlət komitələri sədr müavinlərinin ümumi sayı 20-yə yüksəlib.
Məlumat üçün bildirək ki, Azərbaycanda 7 dövlət komitəsi fəaliyyət göstərir. Bunlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir.
AZXEBER.COM xəbər verir ki, bu komitələrdə rəhbər vəzifələrdə çalışan müavinlərin sayı və adları belədir:
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun 4 müavini var:
1. Birinci müavin Bəhruz Quliyev.
2. Natiq Şirinov.
3. Güloğlan Muradlı.
4. Fuad Məmmədov.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin 3 müavini var:
1. Birinci müavin Namiq Hümmətov.
2. Dövlətxan Dövlətxanov.
3. İlqar İsbatov.
Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulovun 3 müavini var:
1. Birinci müavin Vahab Məmmədov.
2. Rauf Səlimov.
3. Səbuhi Əliyev.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəsmi səhifədə göstərilən 3 müavini var:
1. Birinci müavin Valeh Hacıyev.
2. Vaqif Seyidbəyov.
3. Elşad Əliyev.
Qeyd edək ki, Prezidentin yeni fərmanından sonra Komitə sədrinin müavinlərinin sayı artırılaraq bir birinci müavin və üç müavin müəyyən edilib. Beləliklə, rəhbərlik strukturunda bir müavin vəzifəsi də əlavə olunub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin 2 müavini var:
1. Sabir Əhmədov.
2. Fuad Hüseynov.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun strukturunda 4 müavin vəzifəsi nəzərdə tutulub:
1. Birinci müavin – vakant.
2. Sahib Nağıyev.
3. Gündüz İsmayılov.
4. Bir müavin vəzifəsi – vakant.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın 1 müavini var:
1. Sədaqət Qəhrəmanova.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 Noyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















