Icma.az
close
up
RU
Dövlət Komitəsində Mərakeş Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komitəsində Mərakeş Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 iyul, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş baş tutub.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüşdə AQUPDK-nın sədrinin müavini Aynur Sofiyeva çıxış edərək, Afrika ilə Avropa arasında strateji körpü rolunu oynayan Mərakeşin bu mövqeyindən bacarıqla istifadə etdiyini, regional və qlobal əməkdaşlıqda fəal iştirak etdiyini qeyd edib. O, ölkədə həyata keçirilən islahatlar, irimiqyaslı infrastruktur layihələri və xüsusilə alternativ enerji sahəsində əldə olunan uğurların sosial rifahın yüksəldilməsinə və dayanıqlı inkişafa əhəmiyyətli töhfələr verdiyini vurğulayıb.

A.Sofiyeva iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı anlaşma prinsipləri üzərində qurulduğunu, son illərdə isə bu əlaqələrin daha da dərinləşdiyini diqqətə çatdırıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Rabata səfəri və Şahzadə Lalla Hasnaanın Bakıya səfəri ilə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Sədr müavini, həmçinin Mərakeşin uşaq hüquqlarının müdafiəsi, təhsilə çıxış və ictimai proseslərdə uşaqların fəal iştirakı istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayaraq, bu sahədə birgə təşəbbüslərin gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu bildirib.

A. Sofiyeva, Azərbaycanın ailə dəyərlərinin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, qızların təhsilə çıxışına dəstək, qadın iştirakçılığının artırılması və gender bərabərliyinin təmin olunması sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. O, həmçinin bu istiqamətlərdə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən bəhs edib.

Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının deputatı, tematik qrup sədrinin müavini Hasan Umribt çıxışında ölkələrimiz arasında mövcud olan tarixi və mədəni bağlara diqqət çəkərək, əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinin önəmini vurğulayıb. O, xüsusilə savadsızlıqla mübarizə sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib.

Mərakeş Parlamentinin üzvləri Turia Afife və El Ayaçi El Farfar qadın və uşaq məsələlərinin Mərakeşdə daim diqqət mərkəzində saxlanıldığını bildirərək, həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə danışıblar. Onlar uşaqların təhsil imkanlarının genişləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb, bu istiqamətdə Azərbaycanla təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıblar.

Tərəflər uşaq hüquqlarının müdafiəsi, savadsızlıqla mübarizə və digər sosial məsələlər üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində birgə təşəbbüsləri müzakirə edib, iki ölkə arasında uşaq məsələlərinə dair əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Görüşdə, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin məsləhətçisi Elvin Əliyev, eləcə də Mərakeş nümayəndə heyətindən parlament üzvləri Xadduj Slassi, Nadia Buzendufa, Yussef Çirri, Fatima Yasin, Hakima Şaki, Monitorinq və Qiymətləndirmə Şöbəsinin direktoru Said El Miri, Tərəfdaşlıq və Əməkdaşlıq üzrə rəhbər Vafae Znadi iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 05:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri