Icma.az
close
up
RU
Dövlət Komitəsində Mərakeş Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komitəsində Mərakeş Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş baş tutub. Komitədən SİA-ya verilən məlumata görə, görüşdə AQUPDK-nın sədrinin müavini Aynur Sofiyeva çıxış edərək, Afrika ilə Avropa arasında strateji körpü rolunu oynayan Mərakeşin bu mövqeyindən bacarıqla istifadə etdiyini, regional və qlobal əməkdaşlıqda fəal iştirak etdiyini qeyd edib. O, ölkədə həyata keçirilən islahatlar, irimiqyaslı infrastruktur layihələri və xüsusilə alternativ enerji sahəsində əldə olunan uğurların sosial rifahın yüksəldilməsinə və dayanıqlı inkişafa əhəmiyyətli töhfələr verdiyini vurğulayıb.A.Sofiyeva iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı anlaşma prinsipləri üzərində qurulduğunu, son illərdə isə bu əlaqələrin daha da dərinləşdiyini diqqətə çatdırıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Rabata səfəri və Şahzadə Lalla Hasnaanın Bakıya səfəri ilə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib.Sədr müavini, həmçinin Mərakeşin uşaq hüquqlarının müdafiəsi, təhsilə çıxış və ictimai proseslərdə uşaqların fəal iştirakı istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayaraq, bu sahədə birgə təşəbbüslərin gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu bildirib.A. Sofiyeva, Azərbaycanın ailə dəyərlərinin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, qızların təhsilə çıxışına dəstək, qadın iştirakçılığının artırılması və gender bərabərliyinin təmin olunması sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. O, həmçinin bu istiqamətlərdə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən bəhs edib.Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının deputatı, tematik qrup sədrinin müavini Hasan Umribt çıxışında ölkələrimiz arasında mövcud olan tarixi və mədəni bağlara diqqət çəkərək, əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinin önəmini vurğulayıb. O, xüsusilə savadsızlıqla mübarizə sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib.Mərakeş Parlamentinin üzvləri Turia Afife və El Ayaçi El Farfar qadın və uşaq məsələlərinin Mərakeşdə daim diqqət mərkəzində saxlanıldığını bildirərək, həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə danışıblar. Onlar uşaqların təhsil imkanlarının genişləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb, bu istiqamətdə Azərbaycanla təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıblar.Tərəflər uşaq hüquqlarının müdafiəsi, savadsızlıqla mübarizə və digər sosial məsələlər üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində birgə təşəbbüsləri müzakirə edib, iki ölkə arasında uşaq məsələlərinə dair əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.Görüşdə, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin məsləhətçisi Elvin Əliyev, eləcə də Mərakeş nümayəndə heyətindən parlament üzvləri Xadduj Slassi, Nadia Buzendufa, Yussef Çirri, Fatima Yasin, Hakima Şaki, Monitorinq və Qiymətləndirmə Şöbəsinin direktoru Said El Miri, Tərəfdaşlıq və Əməkdaşlıq üzrə rəhbər Vafae Znadi iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri