Icma.az
close
up
RU
Dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz

Dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Heç kimə sirr deyil ki, ictimai və dövlət maraqlarının müdafiəsi prioritet məsələlərdən biridir.

Bakıvaxtı.az bildirir ki, ictimai və dövlət maraqlarının müdafiəsi hər bir cəmiyyət üçün vacib hesab olunur və bu səbəbdən də hər bir cəmiyyətin başlıca məqsədlərindən sayılır.

Ölkəmizdə dövlət və cəmiyyət maraqlarının məhz Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslandığı bəllidir. Azərbaycançılıq ideologiyasına əsaslanan konsept bu gün də qüvvədədir və Ulu Öndərin layiqli davamçısının, Prezident İlham Əliyevin ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdətinə xüsusi önəm verdiyi də günümüzün reallığıdır. Ən böyük reallıq odur ki, Azərbaycan dövlətinin suverenliyinin, müstəqilliyinin möhkəmlənməsi üçün milli dövlət maraqlarla ümummilli maraqların üst-üstə düşməsi böyük rol oynayır və önəmli şərt olaraq qəbul olunur. Bu kontekstdə ölkə başçısı İlham Əliyevin "Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır" fikri də onu göstərir ki, ölkəmizdə həm dövlət mənafeyinə zərər gəlməyən, həm də ictimai maraqları təmin edən, ortaq maraqları müəyyənləşdirən, həmin maraqların üst-üstə düşdüyü ideal cəmiyyət formalaşıb.

Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən əsas hüquqi sənədlərə Konstitusiya, “İctimai iştirakçılıq haqqında” qanun, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun və digər normativ aktlar daxildir. Hüquq-mühafizə orqanları, məhkəmələr və ombudsman institutu bu maraqların qorunmasında vacib rol oynayır. Eyni zamanda, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Hesablama Palatası və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi dövlət maraqlarının hüquqi müdafiəsində mühüm rol oynayır. İctimai və dövlət maraqlarının qorunması məsələsində inkişafa, irəliləyişə nail olmaq üçün hər bir tərəfin öz üzərinə düşəni yerinə yetirməsi önəmli şərt hesab edilir. Bu gün dünya ictimaiyyəti görür ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma, abadlıq işlərində xalq və dövlət birliyi ən yüksək səviyyədədir və bu addımların bizim ümumi maraqlarımızın, ictimai və dövlət maraqlarımızın təmin edilməsi, qorunması üçün atıldığı gün kimi aydındır.

Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var. Ona görə də ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətə aşılanmasını tələb edir. Şübhəsiz ki, milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Çünki dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşməlidir.

Çingiz Şahbazi: Dövlət maraqlarının qorunmasında siyasi və ictimai təşkilatların da rolu böyük olmalıdır

Mövzu ilə bağlı politoloq Çingiz Şahbazi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması və inkişaf etdirilməsi istiqamətində atılan addımları çoxşaxəli şəkildə qiymətləndirmək olar. Bu, siyasi, hüquqi və həmçinin sosial aspektlərdən dəyərləndirilə bilər:

"Son illərdə dövlət idarəetmə sistemində şəffaflığın təmin edilməsi məqsədilə ictimai nəzarətin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. Buna ASAN Xidmət modelini nümunə olaraq göstərmək olar. ASAN Xidmət modeli artıq bir dünya brendləri arasında yer alıb və ölkəmizdə ictimai maraqlara xidmət göstərən uğurlu layihələrdən biridir. Korupsiya risklərinin azaldılması, vətəndaş məmnunluğunun artırılması və dövlət-vətəndaş münasibətlərində, vəzifədən və inzibati resurslardan sui-istifadə hallarının aradan qaldırılması istiqamətində ASAN Xidmət modelinin xüsusi əhəmiyyəti var. DOST Mərkəzləri, həmçinin sosial xidmət sahəsində eynilə ASAN Xidmət modeli kimi ölkədə faydalı fəaliyyət göstərən strukturlar içində yer alır və bu istiqamətdə yürüdülən siyasətin nəticəsidir ki, belə strukturların yaradılması və fəaliyyəti dövlətin birbaşa marağındadır".

Politoloqun sözlərinə görə, sosial rifah strategiyasının uğurla davam etdirilməsi üçün daha çox iş görülməsi lazımdır. Çünki hələ də bəzi sahələrdə bürokratik əngəllər və hesabatlılıq problemləri qalmaqdadır.

"Ölkədə son vaxtlar baş verən siyasi inhisarçılıqla bağlı, hətta, hakimiyyəti zorla ələ keçirmə halları ilə bağlı və vəzifədən sui-istifadə halları, korrupsiya və rüşvət faktları ilə bağlı həyata keçirilən həbslər deməyə əsas verir ki, bu sahədə görülən işlər kifayət qədər aktiv görünür. Lakin bu istiqamətdə işlərin yetərincə aparılmasına ehtiyac var və hökumətin bu istiqamətdə çox iş aparması lazımdır. Dövlət maraqlarının qorunması milli təhlükəsizlik, suverenlik və ölkədəki sabitliyin təmin edilməsi üçün dövlətin bütün strukturları ilə yanaşı, həmçinin siyasi və ictimai təşkilatların da rolu böyük olmalıdır”.

Onun sözlərinə görə, burda həmçinin, ictimai düşüncədə vətən və vətəndaşlıq, dövlət və dövlətçilik anlayışının formalaşmasının, ölkənin bütün  təşkilatlarında  və toplumun bütün təbəqələrində aşılanması mütləq şəkildə aparılması və anlatılması lazımdır. Müstəqilliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, torpaqların işğaldan azad edilməsi və işğalçı-separatçı rejim birliklərinin məhv edilməsi istiqamətində aparılan hərbi əməliyyatlar və suverenliyin tam olaraq bərpa edilməsi, beynəlxalq aləmdə fəal siyasət yürütmək və Azərbaycanın maraqlarına xidmət göstərən qərarlar qəbul etmək son illərin misilsiz xidmətləri arasındadır və Azərbaycan xalqı adına böyük nailiyyətdir.

Ç.Şahbazi vurğulayıb ki, hökumətin son illər xüsusilə də qələbəmizi təmin etdikdən sonra bir ənənə halını almış, ölkədə fəaliyyət göstərən siyasi partiyalarla dialoq və məsləhətləşmələr mexanizminin yaradılması istiqamətində atdığı addımları xüsusi olaraq qeyd etmək lazımdır. Həmçinin bir çox  protokol xarakterli tədbirlərə müxalifət partiya rəhbərlərinin də qatılmasını təmin etməklə, hökumət bunun  zəruriliyini və vacibliyini göstərdi. Əlbətə ki, bu addımlar xalqın müxtəlif təbəqələrinin birliyini təmin etmək məqsədi daşıyır və dünya standartlarına cavab verən siyasi mühitin yaradılmasına xidmət edir:

"Doğrudur, bu istiqamətdə də görüləsi işlər çoxdur və bunun üçün təmasların vacibliyini xüsusi olaraq qeyd etmək istəyirəm. Həmçinin ictimai rifahın yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətlə nəzərdən kecirsək, görərik ki, sosial siyasətin əsas istiqamətlərindən biri də ölkədə bütün dönəmlərdə gündəmi zəbt edən maaşlarla bağlı və kommunal xidmətlərin keyfiyyəti və yüksək tariflərlə bağlı olmasıdır. Bura həmçinin işsizlik, müavinətlərin aşağı olması və inhisarçılıqdan qaynaqlanan süni şəkildə bahalaşma və pensiya yaşının qaldırılması, uşaqpulunun dolayısı ilə verilməməsi və digər sahələrdə olan problemlərdir. Bütün bunlara rəğmən hökumət mövcud durumu dəyərləndirmək məqsədi ilə ortada olan problemlərin həlli istiqamətində addımlar atır və bu istiqamətdə müzakirələr aparılır”.

“Ümumilikdə, Azərbaycanda baş verənlər fonunda dövlət maraqlarının qorunması sahəsində irəliləyişlər müşahidə olunur. Bunun daha da inkişaf etdirilməsi üçün sosial rifahın yaxşılaşdırılması istiqamətində ciddi addımlara ehtiyac var", - deyə Çingiz Şahbazi qeyd edib.

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Dekabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see208

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see207

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see163

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see141

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see134

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see130

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri