Icma.az
close
up
RU
Azərbaycanda ictimai və dövlət maraqları necə təmin edilir? Deputat açıqladı

Azərbaycanda ictimai və dövlət maraqları necə təmin edilir? Deputat açıqladı

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi hər zaman prioritet məsələ olub. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi təmin edilir. Sözügedən məsələ hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur. Cəmiyyət üçün həyati əhəmiyyət kəsb edən ictimai və dövlət maraqlarının qorunması hər zaman, hər bir cəmiyyətin başlıca məqsədlərindən hesab olunub. Yenə də başlıca məqsəd hesab olunmaqda davam edir.

Azərbaycanda sözügedən istiqamətdə hansı addımlar atılır?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, ictimai və dövlət maraqlarının müdafiəsi hər bir cəmiyyət üçün tarixlər boyu prioritet məsələ olub:

“Burada əsas məqam yalnız fərdi, individual deyil, cəmiyyətin bütün fərdlərini özündə birləşdirən ictimai maraqların məcmuəsi, onların maraqları və onun dövlət maraqları ilə vəhdətdə olmasıdır. İctimai və dövlət maraqlarının qorunması məsələsi daim öz aktuallığını qoruyur. Bu baxımdan ölkəmizdə həmin sahədə çox ciddi irəliləyişlərin olduğunu qeyd etməliyik. Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması həmişə ön planda durur. Bu prioritet sahə hesab olunur. İctimai maraqlar dedikdə tək bir fərdin deyil, cəmiyyəti təşkil edən fərdlərin rifahını ifadə edəb maraqdır. Bu anlayış individual mahiyyəti ümumiyə çevirən, xüsusən də çoxluğun marağını üstün sayan anlayış olaraq qəbul edilməlidir. Ölkəmizdə xalq, iqtidar birliyi və dövlətin maraq saydığı məsələlər həm də hər bir şəxsin də marağındadır. Bu baxımdan Azərbaycan özünün son illərdəki inkişafı ilə sözügedən prosesi hərtərəfli sübut etməkdə davam edir. Yaxın tarixə qayıtsaq, bütün bu məsələlərin kökündə Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu düzgün, uğurlu siyasətin dayandığının şahidi olarıq. Ölkəmizdə bütün sahələrdə, həm siyasi, həm sosial, ictimai, həm də mədəni dəyərlər, siyasi proseslərə çox partiyalı sistem və ümumi olaraq siyasi sistemin də dövlət maraqlarını daha çox qorumaq, onu inkişaf etdirmək, paralel olaraq mədəni, multikultural dəyərlər və s. ictimai və dövlət maraqlarını özündə birləşdirir”.

Vüqar İskəndərov qeyd edib ki, Prezident İlham Əliyev bu uğurlu siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirir:

“Hər bir azərbaycanlı milli və dövlət maraqlarını öz mövqeyinə uyğun olaraq öndə tutur. Bu birlik, vəhdət 44 günlük Vətən müharibəsində də göründü. Həmin anlarda Azərbaycan xalqı, dövləti anlayışı tamamilə harmonik vəhdət şəklində ortaya çıxdı. Xalqımız öz qürurunu, mənliyini bərpa etdi. Bunun kökündə həm də Azərbaycançılıq məfkurəsi sahəsində inkişaf edən hər bir şəxs öz vətənpərvər ruhi ilə dövlətçilik və milli maraqlar mövqeyindən çıxış edərək əlindən gələni etməyə çalışdı. Əsgərlərimiz səngərdə, cəbhədə, müharibə meydanında, bizlər isə çalışdığımız sahələrdə maraqları özündə birləşdirən dəyərə çevirdik”.

Vüqar İskəndərov

Deputatın sözlərinə görə, ictimai və dövlət maraqlarının vəhdəti Azərbaycançılıq ideologiyasına əsaslanır:

“Həmin ideologiyanın müəllifi Ulu Öndər Heydər Əliyev idi. Bu gün həmin prosesi inkişaf etdirən isə Prezident İlham Əliyevdir. Yalnız Azərbaycan Respublikasının vətəndaşlarının deyil, dünya azərbaycanlılarının lideri kimi İlham Əliyev sözügedəb uğurlu siyasəti davam etdirməkdədir.

Bu sahədə dövlətlə yanaşı fərdlərin də üzərinə müəyyən öhdəliklər düşür. İctimai və dövlət maraqlarının qorunması məsələsində irəliləyişin qarşısını almaq qətiyyən mümkün deyil.

Gənclərə milli dəyərlərin aşılanması, vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin təbliğ edilməsi üçün dövlər daim çalışmalıdır. Buradan belə nəticəyə gəlmək olur ki, bizim son illər qazandığımız qələbələr və böyük nəaliyyətlərin kökündə həm dövlət, milli maraqlar, həm də ictimai , dövlət maraqlarının vəhdəditin qazandığı və ortaya çıxartdığı dəyərlər toplusudur. Bu bizim sərvətimizdir. Onu qoruyub, inkişaf etdirib gələcəyə uğurla daşımalıyıq”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İctimai və dövlət maraqlarının müdafiəsi

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri