Dövlət Məşğulluq Agentliyi beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ABŞ-ın Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyasının nüfuzlu “Communitas Awards” beynəlxalq müsabiqəsində növbəti uğura imza atıb.
525.az-a nazirlikdən bildirilib ki, müsabiqədə Agentliyin “Məzunların məşğulluq reytinqi” platforması və peşə hazırlığının təşkili üzrə fəaliyyəti “Məşğulluq xidmətində mükəmməllik” və “Bacarıqlara əsaslanan icma xidmətində liderlik” kateqoriyaları üzrə xüsusi mükafatlara layiq görülüb.
https://enter.amcpros.com/communitas/entry/excellence-in-employment-service/
https://enter.amcpros.com/communitas/entry/leadership-in-skills-based-community-service-2/
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Argentina, Türkiyə, İndoneziya, Vyetnam və s. ölkələrin dövlət və özəl qurumları iştirak edib.
“Communitas Awards” mükafatı müstəsna ictimai xidmət və sosial məsuliyyət nümayiş etdirən fərdləri, təşkilatları, özəl və dövlət qurumlarını təltif edən beynəlxalq proqramdır.
Agentlik ötən il də “Communitas Awards” müsabiqəsində “İctimai xidmətdə liderlik və korporativ sosial məsuliyyət” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 02 Yanvar 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















