Icma.az
close
up
RU
Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi əməkdaşlıq edəcək

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi əməkdaşlıq edəcək

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar İnnovasiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edəcək.

525.az bu barədə KTN-ə istinadən xəbər verir.

Məlumata görə, iki qurumun rəhbər şəxsləri arasında görüş keçirilib.

Görüşdə Mərkəzin direktoru Anar Cəfərov, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov, eləcə də hər iki qurumdan aidiyyəti üzrə nümayəndələr iştirak ediblər.

Birgə əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə kənd təsərrüfatı istiqamətində peşə kurslarının təşkili, fermerlərə dövlət dəstəyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

A.Cəfərov regionlarda keçirilən Aqrar Biznes Festivallarının yalnız məhsulların tanıdılması və bazara çıxış imkanlarının genişləndirilməsi ilə məhdudlaşmadığını, eyni zamanda kənd yerlərində məşğulluğun təşviqi, peşə bacarıqlarının inkişafı və özünüməşğulluq imkanlarının artırılması baxımından effektiv platforma rolunu oynadığını qeyd edib.

H.Abbasov Agentliyin fəaliyyət istiqamətləri, özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqamətində işsiz və işaxtaran şəxslərə təqdim olunan zərflər barədə məlumat verərək, bu mövzuda birgə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.

Görüşdə bölgələrdə keçirilən "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirələrində Dövlət Məşğulluq Agentliyinin də mütəmadi iştirakının məşğulluq, özünüməşğulluq və peşə hazırlığı sahəsində mövcud imkanların fermerlər və kənd əhalisi üçün daha dolğun şəkildə çatdırılmasına töhfə verdiyi bildirilib.

Müzakirələr zamanı regionlarda aqrar və məşğulluq sahəsini əhatə edən tədbirlərin təşkil edilməsi razılaşdırılıb. Həmçinin, qarşılıqlı əlaqələrin gücləndirilməsi və birgə layihələrin icrası istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri