Icma.az
close
up
RU
Dövlət mülkiyətli torpaqları satıb, 300 min də rüşvət alırmış PROKURORLUĞUN MƏLUMATI

Dövlət mülkiyətli torpaqları satıb, 300 min də rüşvət alırmış PROKURORLUĞUN MƏLUMATI

Icma.az, Bakupost portalına istinadən məlumat verir.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron Regional İdarəsinin rəisi Əliyev Arzu Təvəkgül oğlunun qanunsuz əməlləri barədə həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Arzu Əliyevin həmin vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək 2019-2020-ci illər ərzində rəhbərlik etdiyi qurumun istifadəsində olmaqla Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq satılması, çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən ümumilikdə 300 min manatdan artıq pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Arzu Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla hazırda istintaq tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see197

Qiymət artımı Türkiyəni turistsiz qoya bilər...

11 Avqust 2025 22:25see185

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see178

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see175

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see156

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see133

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see132

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see129

Öldürüb, meytini də hissələrə bölmüşdü Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI VİDEO

11 Avqust 2025 18:32see129

Paşinyan Tokayevi məlumatlandırıldı

11 Avqust 2025 19:04see128

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

11 Avqust 2025 21:26see128

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see127

Dövlət Proqramı ilə xaricdə təhsildə ilk! Fotolar

11 Avqust 2025 16:43see123

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see121

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

12 Avqust 2025 01:17see121

Moskvanın şərqində yaşayış binasında yanğın baş verib

11 Avqust 2025 18:39see118

Telegram 3,5 milyon cərimələndi

12 Avqust 2025 05:31see118

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see116

Üçbucaq pendirin sirri: Savaş illərindən süfrələrə

12 Avqust 2025 01:19see116

Bu universitetin dosenti vəfat etdi FOTO

11 Avqust 2025 16:03see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri