Prokurorluğun iki dövlət ittihamçısı təqaüdə göndərildi FOTO
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Qulluq keçmələrinə xitam verilmiş prokurorluq işçiləri və prokurorluğun veteranı təltif olunub.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidnmətindən bildirilib.
Prokuror köməkçisi Mirdamət Əliyev, dövlət ittihamçıları Vaqif Əsədov və Azad Orucovun qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun inzibati binasında görüş keçirilib.
Onlara Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib.
Tədbirdə, həmçinin, 70 illik yubileyinin tamam olması ilə əlaqədar prokurorluğun veteranı Fərman Rzayevə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.
Görüş zamanı təqaüdə çıxmış prokurorluq işçilərinin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınıb, prokurorluq orqanlarında səmərəli fəaliyyətləri qeyd edilib.
Veteranlar göstərilən diqqətə görə minnətdarlığını bildirərək tədbir iştirakçıları ilə xatirələrini bölüşüb.
Sonda xatirə fotosu çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 28 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















