Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Hüquqi dövlət quruculuğunda prokurorluğun rolu

Hüquqi dövlət quruculuğunda prokurorluğun rolu

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlətin möhkəm təməlləri yalnız iqtisadi və hərbi güclə deyil, onun hüquqi əsaslarının sabitliyi və ideoloji dayaqlarının möhkəmliyi ilə formalaşır. Azərbaycan Respublikasının Konstitusiyası bu mənada xalqın azad iradəsinin və müstəqil dövlətçiliyinin ali ifadəsi, eyni zamanda, milli suverenliyin hüquqi təminatıdır.

Azərbaycanın yeni Konstitusiyası ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi zəkası və dövlətçilik fəlsəfəsi nəticəsində hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olundu. Bu sənəd müasir dövlət quruculuğunun hüquqi bünövrəsini qoydu, demokratik idarəçiliyin və vətəndaş cəmiyyətinin əsas prinsiplərini müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyev Konstitusiyanı sadəcə hüquqi akt kimi deyil, Azərbaycan xalqının müstəqil iradəsinin və əbədi suverenliyinin manifesti kimi formalaşdırdı. 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, həm bu tarixi sənədin əhəmiyyətini bir daha vurğulamaq, həm də Ümummilli liderin müəyyən etdiyi dövlətçilik kursunun müasir dövrdə davam etdirilməsini simvolizə edir. Bu il, eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasının ruhunda yaşayan suverenlik ideyalarının XXI əsrdə tam reallığa çevrilməsini göstərən bir mərhələdir. 

Azərbaycan xalqının azadlıq, müstəqillik və dövlətçilik uğrunda yüzillik arzuları 1995-ci ildə qəbul olunmuş Konstitusiyada hüquqi ifadəsini tapdı. Onun preambulasında “Azərbaycan xalqı öz suveren hüququna əsaslanaraq bu Konstitusiyanı qəbul edir” ifadəsi yer alır – bu, həm tarixi iradənin, həm də hüquqi suverenliyin rəmzidir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən bu sənəd, müstəqil Azərbaycan dövlətinin idarəetmə modelini, insan və vətəndaş hüquqlarının təminatını və qanunun aliliyini təsbit etdi. 

Konstitusiya qəbul olunduğu gündən etibarən, Azərbaycanın beynəlxalq aləmdə hüquqi cəhətdən tanınmış, müstəqil və bərabərhüquqlu dövlət kimi mövqeyinin möhkəmlənməsində əsas sənəd oldu. Bu, dövlət suverenliyinin yalnız siyasi deyil, həm də hüquqi və mənəvi aspektlərini formalaşdırdı. Beləliklə, hüquqi dövlətin təməli məhz Heydər Əliyevin uzaqgörən liderliyi ilə qoyuldu. 

Suverenliyin davamlılığı isə müasir mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və dinamika qazandı. XXI əsrdə dövlətin daxili və xarici siyasəti Konstitusiyanın prinsiplərinə söykənərək, Azərbaycanın müstəqil qərarvermə hüququnu və milli maraqlarını qorumaq istiqamətində həyata keçirildi. Bu siyasətin ən parlaq təzahürü 2020-ci ildə baş vermiş Vətən müharibəsi oldu. Məhz Prezident İlham Əliyevin qətiyyəti və strateji iradəsi sayəsində Azərbaycan Ordusu tarixi Qələbə qazandı, dövlətin konstitusion hüququ olan ərazi bütövlüyü və suverenliyi bərpa olundu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan öz torpaqları üzərində tam suveren hakimiyyətini təmin etdi. Beləliklə, 1995-ci ildə Heydər Əliyevin hüquqi əsaslarını qoyduğu suveren dövlətçilik ideyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrdə tam gerçəkliyə çevrildi. 

Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin bütün qollarının fəaliyyətini hüquq çərçivəsində tənzimləyir və onların qarşılıqlı balansını təmin edir. Bu sistemdə prokurorluq orqanları xüsusi əhəmiyyətə malikdir. Konstitusiyanın 133-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu vahid mərkəzləşdirilmiş orqandır və dövlətin hüquqi sabitliyini, qanunun aliliyini və konstitusion prinsiplərin qorunmasını təmin edir. 

Prokurorluq orqanlarını yalnız ədalətin bərpası funksiyasını deyil, həm də dövlət suverenliyinin hüquqi təminatını öz üzərinə götürür. Azərbaycanın müstəqillik tarixində prokurorluq orqanları ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik modelinə sadiq qalaraq, hüquqi dövlətin qurulmasına, qanunun aliliyinin möhkəmlənməsinə mühüm töhfələr vermişdir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sistem müasir çağırışlara uyğun modernləşdirilmiş, fəaliyyətində peşəkarlıq, şəffaflıq və vətəndaş məmnunluğu kimi prinsipləri əsas tutmuşdur. Prokurorluq bu gün Azərbaycanın hüquqi suverenliyinin qorunmasında, dövlətin hüquqi dayaqlarının möhkəmləndirilməsində və cəmiyyətin ədalətə inamının təmin olunmasında mühüm rol oynayır. Bu fəaliyyət Konstitusiyanın aliliyinə sadiqliyin, dövlətçilik məsuliyyətinin və milli maraqlara xidmətin parlaq nümunəsidir. 

Azərbaycan Respublikasının Konstitusiyası, dövlət suverenliyi və hüquqi sistem – bir-birini tamamlayan və qarşılıqlı şəkildə möhkəmləndirən üç sütundur. Bu sütunların əsasında ümummilli lider Heydər Əliyevin dövlətçilik irsi, onun müəyyən etdiyi hüquqi və ideoloji prinsiplər dayanır. Müasir mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplər praktik reallığa çevrilmiş, Azərbaycanın tam suverenliyi bərpa olunmuş və hüquqi dövlətçilik daha da güclənmişdir. 

Bu prosesdə prokurorluq orqanları qanunun aliliyinin qoruyucusu və hüquqi suverenliyin təminatçısı kimi mühüm funksiyanı yerinə yetirir. 2025-ci il “Konstitusiya və Suverenlik İli” bu tarixi ardıcıllığın, hüquqi dövlət quruculuğu ilə milli suverenliyin vəhdətinin, həm də ədalət və qanunçuluğun təntənəsinin simvoludur. 

Konstitusiya – qanunun aliliyi və ədalətin səsi, Suverenlik – azad iradənin və milli ruhun əbədiyyətidir, Prokurorluq isə bu dəyərlərin hüquqi qoruyucusudur. 

Ləman DADAŞZADƏ,

 Sumqayıt şəhər prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri