Icma.az
close
up
RU
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib Rəqəmlər

Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib Rəqəmlər

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Neft Fondunun (ARDNF) xarici neft və qazın Azərbaycan ərazisindən tranzitindən əldə ediləcək gəlirlərlə bağlı proqnozları tam fiasko ilə nəticələnib.

Mia.az xəbər verir ki, Hesablama Palatasının ARDNF-ın 2026-cı il büdcəsinə dair rəyinə əsasən, ötən il 25,4 milyon manat gözlənilən tranzit gəliri cəmi 4 min manat təşkil edib.

Bu rəqəmlər sadəcə səhv deyil, institusional planlaşdırma böhranının açıq göstəricisidir.

Bəs sual olunur ki, ARDNF bu 25 milyonu “hardan” çıxarmışdı? Nə yeni uzunmüddətli tranzit müqavilələri var idi, nə də təminatlı kommersiya axınları. Bu sadəcə ARDNF-ın xəyalları idi. Çünki, verilən proqnozun real müqavilələrə söykənməsi ehtimal belə deyil. Bu proqnoz sadəcə və sadəcə köhnə və artıq işləməyən enerji ssenarilərinə əsaslana bilər.

Əgər tranzitlər ləğv edilməyib və ya dayandırılmayıbsa bu paradoks nəyə görədir? Çünki bütün tranzitlər gəlir üçün nəzərdə tutulmur, bu aydındır. Məslən siyasi xarakterli tranzitlər də var. Eyni zamanda gəlirlər xərclərlə ofset edilir və telling olaraq “sıfırlana” bilir. Bütün hallarda bu absurd sayılacaq fərq proqnozun şəffaflığına xələl gətirir.

Verilən proqnozla real rəqəm arasındaki fərq 7 min dəfə azdır. Bunu 2025-ci ilin “büdcə kosmetikası” adlandırmaq mümkündür. Hesablama Palatasının rəyindən sonra Neft Fondu 2026-cı il üçün tranzit gəliri proqnozunu 3700 manat səviyyəsinə endirib. Burada da “xəyallar və reallıq” prinsipi güzgü kimi Azərbaycan hökümətinə doğrulur.

Əsas məsələlərdən biri də odur ki, ARDNF məsələ ilə bağlı ictimaiyyətə açıqlama vermək kimi məsuliyyət hiss etmir. İzaholunmaz fərqin səbəbkarı və ya proqnozun “hardan çıxarılması” “mif” olaraq qalır. Azərbaycansayağı yanaşma bu məsələdə də öz əksini tapıb. Çünki, bir qurum 25 milyonluq gözlənti ilə 4 min manat arasında fərqi izah edə bilmirsə, problem artıq rəqəmlərdə deyil, idarəetmədədir(kommersant.az).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Yanvar 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri