Icma.az
close
up
RU
Dövlət Neft Fondunun qızıl siyasəti

Dövlət Neft Fondunun qızıl siyasəti

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Neft gəlirlərinin azalması fonunda Dövlət Neft Fondunun (ARDNF) investisiya siyasəti son illərdə daha çox diqqət cəlb edir. Xüsusilə 2025-ci il fondun investisiya fəaliyyəti baxımından fərqlənib: aktivlərin həcmi təxminən 10 milyard ABŞ dolları artıb, qızıl portfeli tarixi maksimum səviyyəyə çatıb, səhm bazarları üzrə isə uzunmüddətli gəlirlilik qorunub. Bu göstəricilər ARDNF-nin fəaliyyətinin təkcə neft gəlirlərinin idarə olunması ilə məhdudlaşmadığını, fondun qlobal maliyyə bazarlarında institusional investor kimi mövqeyini gücləndirdiyini göstərir.

Fondun investisiya strategiyası Prezident sərəncamları və mövcud mandat əsasında formalaşdırılaraq, neft gəlirlərinin dəyişkən xarakterinin uzunmüddətli və daha sabit maliyyə axınları ilə tarazlaşdırılmasını hədəfləyir. Bu məqsədlə 2012-ci ildən etibarən portfelin mərhələli şəkildə şaxələndirilməsinə başlanılıb və nisbətən daha yüksək gəlir potensialına malik aktivlərin payı tədricən artırılıb.

Bu yanaşmanın nəticələri son illərin göstəricilərində aydın görünür. Belə ki, son üç ildə ARDNF-nin investisiya gəlirləri 10 milyard ABŞ dollarını ötüb, qızıl və valyuta qiymətlərindəki dəyişikliklər nəzərə alınmaqla ümumi gəlir 21 milyard dollara çatıb. Həmin dövrdə fondun ehtiyatları 43% artıb. Təkcə 2025-ci ilin ilk doqquz ayında isə ARDNF-nin aktivləri 60 milyard dollardan 70.2 milyard dollara yüksəlib.

Portfel strukturunda ən çox müzakirə olunan istiqamətlərdən biri qızıl yatırımlarıdır. ARDNF qızılı qısamüddətli gəlir əldə etmək məqsədilə deyil, strateji ehtiyat və maliyyə risklərinin azaldılması aləti kimi qiymətləndirir. Bu yanaşma fondun ümumi risk idarəetmə siyasətinə uyğun hesab olunur.

2025-ci ilin üçüncü rübünün sonuna ARDNF-nin qızıl ehtiyatları 185 tona, dəyəri isə 23 milyard dollara çatıb. 2012-ci ildən bəri qızıl portfeli fond üçün 11 milyard dollar həcmində büdcədənkənar gəlir formalaşdırıb. Cari ilin ilk doqquz ayında isə qızıl qiymətlərinin artımı hesabına əlavə 6.8 milyard dollar dəyər qeydə alınıb. Eyni zamanda, qızıl üzrə qiymət dəyişiklikləri fondun maliyyə nəticələrində ayrıca mənfəət kimi deyil, aktivlərin ümumi dəyərində dəyişiklik kimi nəzərə alınır.

Mövcud qlobal şəraitdə - geosiyasi risklərin artması, real faiz dərəcələrinin dəyişkənliyi və ABŞ dollarının uzunmüddətli perspektivdə qeyri-müəyyənliyi fonunda - qızıl ARDNF portfelində risklərin balanslaşdırılmasına xidmət edən alət kimi çıxış edir.

Fondun səhm bazarlarında iştirakı da oxşar prinsiplərə əsaslanır. "Amazon", "NVidia", "Meta" və "Tesla" kimi iri texnologiya şirkətlərinə yatırımlar fərdi səhm seçimi deyil, "MSCI World" indeksi vasitəsilə həyata keçirilir. Sözügedən indeks 23 inkişaf etmiş ölkənin 11 sektorunu əhatə edən 1 320 şirkəti birləşdirir və qlobal iqtisadiyyatın ümumi strukturunu əks etdirir.

Texnologiya sektorunun qlobal iqtisadiyyatda payının artması bu şirkətlərin indeksdə çəkisini yüksəldib. Bu strategiyanın nəticəsi olaraq, ARDNF-nin səhm altportfeli yaranma tarixindən etibarən 314% gəlirlilik nümayiş etdirib ki, bu da illik orta hesabla 11.5% gəlir deməkdir.

Neft qiymətləri ilə bağlı planlaşdırma isə ehtiyatlı ssenarilər üzərində qurulub. Belə ki, 2026-cı il üçün fondun büdcəsində neftin qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Elmidar Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Dekabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri