Icma.az
close
up
RU
“Dövlət proqramı elmi yanaşma və şəffaf idarəetməyə söykənir“ DEPUTAT DANIŞDI

“Dövlət proqramı elmi yanaşma və şəffaf idarəetməyə söykənir“ DEPUTAT DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Bu məsələlərin cəmiyyəti ciddi şəkildə narahat etməsi onların ictimai-siyasi gündəmdə xüsusi yer tutmasını şərtləndirir. Su ehtiyatlarının idarə olunması, mövcud risklər və gələcək perspektivlər təkcə ekoloji deyil, eyni zamanda sosial və iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilir”. Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bu mövzu dövlət səviyyəsində prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzinə gətirilmişdir:

“Ölkə başçısı tərəfindən bu sahəyə xüsusi diqqətin ayrılması problemin miqyasını və strateji əhəmiyyətini açıq şəkildə nümayiş etdirir. Dövlət rəhbərliyi su resurslarının qorunması, səmərəli istifadəsi və uzunmüddətli davamlılığın təmin olunması ilə bağlı prinsipial mövqe ortaya qoymuş, məsələni milli təhlükəsizlik kontekstində dəyərləndirmişdir. Bu yanaşma problemin yalnız cari deyil, həm də gələcək nəsilləri əhatə edən xarakter daşıdığını göstərir.

Aparılan müzakirələrdə gələcəkdə su qıtlığının yaranma ehtimalı əsas risk faktorlarından biri kimi qeyd olunmuşdur. Su ehtiyatlarının qeyri-düzgün idarə edilməsi, israfçılıq və iqlim dəyişikliklərinin təsiri nəticəsində yaranan problemlər uzunmüddətli perspektivdə ciddi sosial-iqtisadi nəticələrə səbəb ola bilər. Bu baxımdan mövcud vəziyyətin elmi əsaslarla təhlili və preventiv tədbirlərin görülməsi zəruri hesab edilir.

Eyni zamanda, su ilə bağlı potensial böhranların təməl səbəbləri də gündəmə gətirilmişdir. İnfrastrukturun köhnəlməsi, effektiv idarəetmə mexanizmlərinin yetərsizliyi və ictimai maarifləndirmənin zəifliyi bu problemlərin dərinləşməsinə şərait yaradan əsas amillər kimi göstərilmişdir. Bu faktorların aradan qaldırılması sistemli və mərhələli yanaşma tələb edir.

Hesab edilir ki, aparılan müzakirələr və qoyulan konkret öhdəliklər müvafiq nəticələrin əldə olunmasına zəmin yaradacaqdır. Dövlət tərəfindən müəyyən edilən strateji hədəflər bu sahədə institusional islahatların sürətləndirilməsinə, normativ-hüquqi bazanın təkmilləşdirilməsinə və praktiki tədbirlərin həyata keçirilməsinə imkan verəcəkdir.

Bu istiqamətdə müvafiq dövlət qurumlarının üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsi həlledici əhəmiyyət kəsb edir. Koordinasiyalı fəaliyyət, elmi yanaşma və şəffaf idarəetmə prinsipləri su ehtiyatlarının qorunması və gələcəkdə mümkün böhranların qarşısının alınması baxımından əsas şərt kimi çıxış edir. Bu prosesin ardıcıl şəkildə davam etdirilməsi cəmiyyətin gözləntilərinin doğruldulmasına xidmət edəcəkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Yanvar 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri