Dövlət Proqramı: Yeni iş yerləri yaradılacaq
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Azərbaycanda yeni istehsalat zavodları qurulacaq.
Qaynarinfo xəbər verir ki, sözügedən məsələ Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Dövlət proqramında Daşkəsən dəmir filizi layihəsi çərçivəsində filiz hasilatının təşkili, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində Zənginləşdirmə zavodunun, həmçinin dəmir filizi layihəsi çərçivəsində dəmir filizi konsentratının Zənginləşdirmə zavodundan Pellet istehsalı zavoduna nəqli üçün 45 km uzunluğunda boru kəmərinin qurulması nəzərdə tutulur.
Həmçinin Daşkəsən dəmir filizi layihəsi çərçivəsində Pellet istehsalı zavodunun qurulması planlaşdırılır.
Bundan başqa, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində İBD zavodunun qurulması, qara metallurgiya sahəsində əlavə stimullaşdırıcı tədbirlərin və güzəştlərin, o cümlədən dəmir yolu yükdaşıma tarifləri üzrə güzəştlərin tətbiqinə dair təkliflər hazırlanması dövlət proqramında əksini tapıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 23 Sentyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















