Icma.az
close
up
RU
Yeni Dövlət Proqramı...

Yeni Dövlət Proqramı...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının nəqliyyat infrastrukturu tamamilə yenilənəcək

Məlum olduğu kimi dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icrası Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaq, özəl sektorun innovativ həllərlə proseslərə töhfə verməsini təşviq edəcək və iqtisadi rifahın artmasına şərait yaradacaq. Dövlət Proqramı hazırlanarkən küçə-yol şəbəkəsinin, metro və dəmir yolu xətlərinin, fərdi mobil nəqliyyat vasitələri infrastrukturunun və piyada zonalarının inkişafı ilə bağlı irəli sürülən layihələrin Bakı şəhərinin Baş Planı (2020-2040) ilə uzlaşdırılması təmin olunub, şəhərin perspektiv inkişaf dövrünü əhatə edən nəqliyyat planlaşdırma həlləri nəzərə alınıb. Bu baxımdan, proqram Bakı şəhərinin Baş Planına uyğun olaraq, paytaxtın və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.

9 prioritet layihə nəyi nəzərdə tutur?

Dövlət Proqramında ərazinin perspektiv inkişafı nəzərə alınmaqla ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə uyğunlaşdırılması və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi kimi mühüm prioritetlər müəyyənləşib. Həmin prioritetlər üzrə hazırlanmış Tədbirlər Planına əsasən, ilk növbədə, şəhər nəqliyyatnın yeni hərəkət sxemlərinin hazırlanması və həyata keçirilməsi təmin olunacaq. Təhlillərə görə, gün ərzində 630 mindən çox sərnişin ətraf ərazilərdəki yollarla Bakı şəhərinin mərkəzinə doğru hərəkət edir. Həmin vətəndaşların bu hərəkəti təxminən 300 min avtomobil deməkdir. Şəhər nəqliyyatı isə bu həcmdə nəqliyyatı qəbul etməkdə çətinlik çəkir. Ona görə də, yeni alternativ hərəkət istiqamətləri müəyyənləşib və çoxşaxəli dairəvi yollar çəkiləcək. Nəqliyyat planına əsasən, səmərəli 9 layihə prioritet siyahısına alınıb. Onlardan ən mühümü Sumqayıt-Xırdalan istiqamətində axıcılığın daha böyük olması nəzərə alınaraq, əlavə yol-infrastruktur layihələrinin həyata keçirilməsidir. Bilgəh-Novxanı-Xırdalan-Şamaxı və Bakı-Şamaxı yolunun yeni əlaqələndirici xətlərlə genişləndirilməsi sayəsində digər yollara keçid təmin olunacaq. Bundan başqa, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yol inşa ediləcək ki, bu dairəvi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi bu yollara keçid olunmaqla, şəhərin mərkəzində yük azalacaq.

Digər bir yol infrastrukturu 20 Yanvar layihəsidir. Belə ki, hazırda Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə qədər 15 yol kəsişməsində ciddi yüklənmələr var. Yeni sxemə əsasən, həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yol ötürücülərinin tikilməsi, həm də Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların çəklişi nəzərdə tutulub. Bu istiqamətdə layihələndirmə işlərinə qısa müddətdə başlanılacaq.

10 yeni metro stansiyası tikiləcək

Nəqliyyatın inkişaf planında ikinci başlıca istiqamət metro tikintisi ssenariləridir. Hazırlanmış ən optimal ssenariyə əsasən, 10 yeni metro stansiyasının tikilməsi nəzərdə tutulur, 4 stansiya isə digər xətlərlə əlaqələndiriləcək. 10 stansiya üzrə “Bənövşəyi xətt”in Babək prospektinə qədər və “Yaşıl xətt”in isə metronun “Həzi Aslanov” stansiyasına qədər uzadılması da təmin olunacaq. “Bənövşəyi xətt”in uzadılması, eyni zamanda, metronun “Avtovağzal” və “Xocasən” stansiyalarının istifadəsini genişləndirəcək və bir daha “20 Yanvar” metrostansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaq. “Həzi Aslanov”dan “Yaşıl xətt”in uzanması isə gündəlik əsasda şəhərin mərkəzindən istifadə etməklə Xocasəndə yerləşən ticarət mərkəzinə gedib-gələn minlərlə vətəndaşa xidmət edəcək. Bu sxem də şəhər mərkəzində trafikin azalmasına səbəb olacaq. Bu layihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyon sərnişin daşınması proqnozlaşdırılır.

Üçüncü istiqamət, dəmir yolu ilə daşınma xidmətlərinin genişləndirilməsidir. Dövlət Proqramında ilk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması və bu məqsədlə Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin, mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınıb. Bunlar “Zabrat 2”-“Maştağa”-“Bağlar”-“Albalı”, Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan istiqamətləridir ki, bunlar da sərnişin axınına xidmət göstərməyə imkan verəcək. Növbəti mərhələdə Yeni Suraxanıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub ki, həmin istiqamətdən sərnişin axını artdıqda dəmir yolu xidməti göstəriləcək.

Mehdiabaddan “28 May”a tramvay xətti

Bundan başqa, Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı da təmin olunacaq. Bu ərazilərdə tramvay xətlərinin çəklişi nəzərdə tutulub, “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xətti çəkiləcək.

Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi də Tədbirlər Planında yer alan hədəflərdən biridir. Bu sahədə ekoloji təmiz nəqliyyat vasitələrinə xüsusi üstünlük veriləcək, elektrikli avtobuslarla yanaşı, cari ildən etibarən həmin avtobusların ehtiyat hissələrinin yerli bazarda istehsalının təşkili və 2026-cı ildən etibarən illik 200-250 elektrik mühərrikli avtobusların ölkədə istehsalı planlaşdırılır. Eləcə də, taksi minik avtomobili ilə sərnişindaşımanın müasirləşdirilməsi, ekoloji təmiz taksi nəqliyyatının istifadəsinin artırılması nəzərdə tutulur. Ənənəvi taksilərlə yanaşı, mobil tətbiqlər vasitəsilə fəaliyyət göstərən taksi sifarişi operatorlarının xidmət infrastrukturu da optimallaşdırılacaq.

Dövlət Proqramı çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ümumi istifadədə olan nəqliyyat növləri üzrə vahid ödəniş sisteminin tətbiqi və inteqrasiyası, rəqəmsal texnologiyalardan istifadə və innovativ həllərin tətbiqi ilə bağlı tədbirlər də nəzərdə tutulub. Bundan başqa, ağıllı nəqliyyat sistemlərinin (ANS) qurulması təmin ediləcək. ANS müasir texnologiyalardan və informasiya sistemlərindən istifadə etməklə data əsaslı qərarvermə mexanizmi formalaşdırır, fərqli nəqliyyat növlərinin bir-biri ilə koordinasiyasını və əlaqələndirilmiş şəkildə işləməsini təmin edərək, şəhər nəqliyyatının daha səmərəli, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı olmasını hədəfləyir. Bir çox ölkələrdə ANS sistemlərinin tətbiqi nəqliyyat axınına dair məlumatların real vaxt rejimində toplanılması və qərarvermədə istifadə edilməsi yol hərəkətinin təşkilini optimallaşdırmışdır. Bu sistem yol qəzalarını və tıxacları azaltmaq məqsədilə yol şəbəkələrindəki siqnal sistemlərinin avtomatik idarə edilməsinə imkan verir. Bu baxımdan ANS tətbiqi şəhər nəqliyyatında səmərəli və çevik idarəetməni yaxşılaşdıracaq.

Beləliklə, Dövlət Proqramının icrası Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaq, özəl sektorun innovativ həllərlə proseslərə töhfə verməsini təşviq edəcək və iqtisadi rifahın artmasına şərait yaradacaq.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see277

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see130

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see129

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see128

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see128

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see123

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see120

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri