Icma.az
close
up
RU
Yeni dövlət proqramı su infrastrukturunu təkmilləşdirəcəkdir

Yeni dövlət proqramı su infrastrukturunu təkmilləşdirəcəkdir

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə ölkəmizin başçısı bu istiqamətdə görülən işlərdən, qarşıda duran vəzifələrdən bəhs edib. Dövlətimizin başçısı müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələləri istiqamətində atılan zəruri addımları diqqətə çatdırıb. Bununla yanaşı həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətinə toxunulub.Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

O qeyd edib ki, ölkəmizdə etibarlı su təminatı ilə bağlı son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra olunub: “Paytaxt Bakı ilə yanaşı bölgələrdə əsas infrastruktur məsələlərinin həlli istiqamətində zəruri işlər görülüb. Ötən iyirmi il ərzində bir neçə regional inkişaf proqramı qəbul olunub ki, beş ilik dövrü əhatə edən bu istiqamətlər üzrə nəzərdə tutulan bütün layihələr uğurla icra edilib. Bunun nəticəsində bölgələrində əsas infrastruktur məsələləri öz həllini tapıb.
Elektrik enerjisi və qaz təchizatı ilə bağlı əsas vəzifələr icra olunub. Dövlətimizin başçısı da bu sahədə yeni mərhələnin başlanıldığını bəyan edib. Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında səslənən fikirlər bu xüsusda mühüm önəm kəsb edir.
Sözsüz ki, Azərbaycan bu gün öz tələbətanı ödəməklə yanaşı vacib enerji ixracatçısıdır. Hazırda ölkəmizdə qazlaşma proqramının icra səviyyəsi 96 faizə yaxındır. Bütün bunlar isə son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan əsas amillərdir. Ölkəmiz qazlaşma məsələsində daxili tələbatı ödəməklə yanaşı dünyanın 10-dan çox ölkəsinə qaz ixrac edir ki, yaxın dövrdə bunların da sayı artacaq.
Ölkə başçısının vurğuladığı kimi bu gün ölkəmizdə avtomobil yollarının inşası geniş vüsət alıb. Magistral, kənd və şəhərlərarası yollarla bağlı layihələr uğurla icra olunur. İşğaldan azad edilmiş ərazilərdə bütün infrastruktur layihələrinin təminatı yüksək səviyyədədir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur.
Bununla yanaşı içməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Dövlət başçısının da vurğuladığı kimi bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilir. Son 20 il ərzində dörd böyük su anbarı inşa edilib. Bunlardan “Taxtakörpü”, “Şəmkirçay” su anbarları xüsusilə qeyd olunmalıdır.
Eyni zamanda azad edilmiş ərazilərdə içməli su və suvarma layihələri uğurla icra edilir. Ölkəmizin başçısının da vurğuladığı kimi son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarı qeyd edilə bilər. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Ölkəmizin başçısı da xüsusi ilə qeyd etdi ki, “Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi”. Çünki “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi ölkəmizə böyük problemlər yaradırdı. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda – Füzuli rayonunda “Köndələnçay” – üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur”.
Deputat bildirib ki, ölkəmizin başçısı müşavirədə həmçinin dünyada iqlim dəyişikliyi ilə bağlı məsələlərə də diqqəti çəkib: “Vurğulanıb ki, bir çox ölkələr bundan zərər görür. Ölkəmizdə isə su təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Bu xüsusda Bakının və Abşeron yarımadasının içməli su problemlərinin həlli istiqamətində zəruri addımlar atılır. Bununla bağlı vacib dövlət proqramı qəbul edilib. Bu proqramın əsas məqsədi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır.
Sözsüz ki, su məsələsi artıq kommunal xidmət çərçivəsindən çıxaraq ictimai sağlamlıq, urbanizasiya, iqtisadi dayanıqlıq və sosial rifah məsələsinə çevrilib. Məhz bu kontekstdə 10 illik Dövlət Proqramının hazırlanması kompleks institusional yanaşmaya keçidin göstəricisidir.
Su təchizatı sahəsində yeni Dövlət Proqramı da məhz bu ardıcıllığın davamıdır. Burada diqqətçəkən əsas məqam proqramın mərhələli, ölçülə bilən və nəticəyönümlü şəkildə planlaşdırılmasıdır. Su itkilərinin azaldılması, fasiləsiz təminatın faizlə ifadəsi, kanalizasiya əhatə dairəsinin genişləndirilməsi bu prosesdə hesabatlılığın əsas prinsip kimi götürüldüyünü göstərir”.
Sevinc Hüseynova vurğulayıb ki, Dövlət Proqramının əsas dayaqlarından biri mövcud su təsərrüfatı infrastrukturunun köklü şəkildə yenilənməsidir: “Yeni proqram çərçivəsində su təmizləyici qurğuların modernləşdirilməsi, rəqəmsal ölçmə sistemlərinin tətbiqi, ağıllı idarəetmə mexanizmlərinin qurulması nəzərdə tutulur. Bu yanaşma yalnız suyun həcmini deyil, keyfiyyətini və davamlılığını da təmin etməyə yönəlib. Həmçinin bu gün kanalizasiya və yağış suları, şəhər ekologiyasının əsas elementi kimi qəbul edilir.
Yeni Dövlət Proqramı çərçivəsində yağış suları üçün ayrıca kollektor şəbəkəsinin qurulması şəhər ekologiyası baxımından mühüm addım kimi qiymətləndirilir. Bu, Bakının iqlim dəyişikliklərinə adaptasiyası və şəhər mühitinin dayanıqlığı üçün strateji əhəmiyyət daşıyır.
Bütün bunların fonunda Prezident İlham Əliyevin müşavirədəki çıxışı göstərir ki, 2026–2035-ci illər üzrə Dövlət Proqramı sadəcə texniki sənəd deyil, Azərbaycanın su təhlükəsizliyi üzrə uzunmüddətli strateji baxışının ifadəsidir. Bu proqram urbanizasiya, iqlim dəyişiklikləri və sosial tələblər fonunda dövlətin qabaqlayıcı siyasət yürütmək niyyətini ortaya qoyur. Beləliklə, bu proqram Bakı və Abşeron yarımadasında həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək, şəhər infrastrukturunu yeni inkişaf mərhələsinə çıxaracaq və Azərbaycanın dayanıqlı inkişaf modelini daha da möhkəmləndirəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri