Dövlət proqramlarına dair maarifləndirici təlim keçirilib
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında mövcud əməkdaşlıq çərçivəsində dövlət qulluqçularının peşəkar inkişafının təmin edilməsi, səriştə və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Proqramların idarə olunması. Dövlət proqramları” mövzusunda təlim təşkil edilib.
Newscenter.az xəbər verir ki, təlimdə DİM-in nümayəndəsi dövlət proqramları və layihələrinin mahiyyəti, əsas xüsusiyyətləri və fərqləri barədə iştirakçılara geniş məlumat verib. Eyni zamanda proqramların növləri, planlaşdırma və icra mərhələləri, proqram strukturunun hazırlanması, büdcə və maliyyələşdirmə mexanizmləri, monitorinq sistemi və qiymətləndirmə metodologiyası ətraflı izah olunub. İnteraktiv şəkildə keçən təlimdə real nümunələr əsasında praktiki tapşırıqlar yerinə yetirilib, iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimdə Energetika Nazirliyinin Aparatı, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Dövlət Xidmətində sahibkarlarla maarifləndirici görüşlər keçirilib AZƏRTAC
24 Dekabr 2024 11:54
Dövlət Komitəsində fişinq hücumlarına qarşı maarifləndirici seminar keçirilib
13 May 2025 15:17
Dövlət Gömrük Komitəsinin növbəti maarifləndirici tədbiri həyata keçirilib
27 Aprel 2026 13:33
İnsan resurslarının idarə edilməsinə dair maarifləndirici təlim keçirilib
01 Avqust 2025 12:14
Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib
12 Noyabr 2026 20:18
Baxış sayı:106
Bu xəbər 21 May 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















