İnsan resurslarının idarə edilməsinə dair maarifləndirici təlim keçirilib
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət İmtahan Mərkəzi (DİM) ilə mövcud əməkdaşlıq çərçivəsində Energetika Nazirliyi əməkdaşlarının peşəkar bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə təlimlərin təşkili davam edir.
“İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda təşkil edilmiş növbəti təlimdə DİM əməkdaşının mövzuya dair təqdimatı dinlənilib. İnsan resurslarının idarə edilməsi məqsədləri, prinsipləri, səriştələrin növləri və ölçmə meyarları, əmək bölgüsü, əməyin təşkilinin mahiyyəti və əsas prinsipləri haqqında ətraflı məlumat verilib. Həmçinin kadrların seçilməsi, yerləşdirilməsi və qiymətləndirilməsi, işçi heyətin idarə edilməsi problemləri və istiqamətləri, işgüzar keyfiyyətlər və digər məsələlərə dair qarşılıqlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 23 əməkdaşı iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 01 Avqust 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















