Icma.az
close
up
RU
DÖVLƏT QARABAĞ QAZİSİNDƏN 300 MANAT BORC TƏLƏB EDİR (?)

DÖVLƏT QARABAĞ QAZİSİNDƏN 300 MANAT BORC TƏLƏB EDİR (?)

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hakim Qumru Əliyeva 1-ci dərəcəli əlili DÖVLƏTƏ BORCLU EDİB

Nizami məhkəməsinin hakimi Qumru Əliyevanın qanunvericiliyə dəyşiklik edərək, ona etiraz edən iddiaçı 1-ci dərəcəli Qarabağ əlilini yatağında 300 manat cərimə etməsi aktı məhkəmə hüquq sisteminin , dövlətin hüquqi, demokratik adına ləkədir. Nədən heç bir məcəllədə, heç bir normativ aktda  hakimə elektron kabinetdən təkrar  etiraza görə etiraz edən tərəfin (300) manat cərimə edilməsi yazılmayıb. Bu olsa-olsa, məhkəmələrin qeyri-prosessual məcəlləsində yazılsın.

Hələ ki, dövlətin ən yüksək qüvvəyə malik olan qanunu Konstitusiyadır və dövlətin baş qanununun tələbinə görə dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarını və azadlıqlarını , Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməkdir. Dövlətin vətəndaşı, qazini, əlili məhkəməyə müraciət etdiyinə görə cərimə etməsi, onu özünə borclu etməsi absurd rüsvayçılıqdır.

Məhkəmənin baxdığı işlərdə özünü tərəf, iddiaçı kimi aparmasının yolverilməzliyi bir yana, bu yolverilməzliyin aktlaşdırılması Konstitusiyaya sayğısızlıqdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Xumar Mərdanova, Sabit Bəhrəmzadə, Vahid Sadıqovdan ibarət üçlüyünün kollegiyanın sədri Rafael Eyvazovun göstərişi ilə 1-ci dərəcəli Qarabağ əlilini Novruz bayramında məhkəməyə müraciət etdiyinə görə (?) xəstə yatağında 400 manat cərimə etməsi və cərimə qərarından qabaq iddiaçı kimi icra sənədi imzalamasına və ƏN-in Nizami icra məmuru Aslanov Əlihüseyn Zayralı oğlunun anında icraata başlamasına hələ ki Məhkəmə Hüquq Şurası susur. Nizami məhkəməsinin hakimi Qumru Əliyeva yuxarı həmkarlarının “vahid cərimə  təcrübəsini” icra məmurunu Nərimanovdan seçməklə Qurban bayramı qabağı “borclu” yataq əlilini “sevindirib”. ƏN-in Nərimanov rayon icra şöbəsinin icra məmuru Qurbanova Sevinc Zahid qızı gecə ilə 1-ci dərəcəli Qarabağ əlilinə “sms”- lə icraata başladığını bildirib. İlgincdir, qəraı çıxaran Nizami məhkəməsi, iddiaçı “borclu”nun faktiki ünvanı Nizami rayonu olduğu halda, “icra sənədi” niyə Nərimanova verilib? Və icra məmuru Sevinc Qurbanova “İcra haqqında” qanunun 7-ci maddəsinə zidd olaraq bu saxta sənədi niyə icraatına qəbul edib və eldə deyildiyi kimi, səhərin gözü açılmamış Qarabağ qazisini könüllü “qurbanpulu” ödəməyə çağırıb?

Nizami məhkəməsinin (h. Qumru Əliyeva) verdiyi 03.06.2025-ci il tarixli icra vərəqəsinin “İcra haqqında” qanunun 7-ci maddəsinin tələblərinə zidd olmasını görməyə gözlük gərək deyil,  tələbkarın adı DÖVLƏT yazılıb, hüquqi və faktiki ünvanı, VÖEN-i göstərilməyib. 1-ci dərəcəli iş üzrə iddiaçı Qarabağ qazisinin isə DÖVLƏT adlı şəxsə iddiası da olmayıb, borcu da. Belə anlaşılır ki, DÖVLƏT deyəndə Azərbaycan Respublikası DÖVLƏTİ nəzərdə tutulur. Konstitusiyanın 8-ci maddəsinə görə,  Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir, DÖVLƏTİ təmsil edir, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Məhkəmə o qədər müstəqildir ki, DÖVLƏT himayəsində olan 1-ci dərəcəli Qarabağ əlilini DÖVLƏTƏ BORCLU edib.

Prezident ona 300 manat borcu olan Qarabağ əlilinin borcunu bağışlayarmı? Siz deyin, qazini bağışlamaq olarmı?

M. AĞSU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri