Icma.az
close
up
RU
Bir gün sonra işdən çıxarılan Qarabağ qazisindən ŞOK İDDİALAR

Bir gün sonra işdən çıxarılan Qarabağ qazisindən ŞOK İDDİALAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Vətən müharibəsi iştirakçısı Şakirzadə İman işə qəbul edildikdən bir gün sonra veteran statusuna görə işdən çıxarıldığını iddia edir. 

Onun sözlərinə görə, “AZPly composite” MMC  onunla əmək müqaviləsi bağlayaraq işə qəbul edib və o, yanvarın 21-də işə başlayıb. Lakin növbəti gün rəhbərlik müharibə iştirakçısı olduğu üçün işinə son verildiyini bildirib. 

Şakirzadə İmanın sözlərinə görə, şirkət rəhbərliyi onun 46 gün məzuniyyət hüququnun olmasını əsas gətirərək işdən uzaqlaşdırılmasına qərar verib. O, bu hadisədən əvvəl məzuniyyət məsələsindən xəbərsiz, şirkətin isə bu səbəblə onu işdən çıxarmasının qanunsuz olduğunu düşündüyünü vurğulayıb. 

“Cebheinfo.az” məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün “AZPly composite” MMC şirkəti ilə əlaqə saxlayıb. Telefon zənginə cavab verən şəxs məsələdən məlumatlı olduğunu və tam araşdırıldıqdan sonra cavab veriləcəyini bildirib. Ancaq yazı yayılana qədər geri dönüş edilməyib.

Mövzu ilə bağlı hüquqşünas Azər Quliyev “Cebheinfo.az”-a bildirib ki, müharibə veteranının işə qəbuldan imtina edilməsi qanunsuzdur: “İşçini hər hansı bir şərtə görə işə qəbul etməmək və ya işdən çıxarmaq qanunsuzdur. 

Əmək qanunvericiliyinə əsasən, işçilər arasında ayrı-seçkilik aparıla bilməz. Əksinə, müharibə veteranlarına müəyyən güzəştlər də nəzərdə tutulub. Əmək Məcəlləsinə görə, əlilliyi olan şəxslər üçün məzuniyyət 42 gün, Azərbaycan dövləti qarşısında xüsusi nailiyyətləri olmuş və ya yaralanmış şəxslər üçün isə 46 gün müəyyən edilib. Müharibə veteranlarına isə adi qaydada məzuniyyət verilir”. 

Azər Quliyev vurğulayıb ki, Azərbaycan qanunvericiliyində bir çox kateqoriya şəxs üçün işə qəbul kvotaları nəzərdə tutulub: 

“Bu kateqoriyalara müharibə veteranları, əlilliyi olan şəxslər, şəhid ailələri, pensiya yaşına iki il qalmış şəxslər və 18 yaşı tamam olmamış şəxslər daxildir. Əksər müəssisələrdə işçilərin ümumi sayının 5%-ə qədər kvota müəyyən edilib və işəgötürənlər bu kvotaya uyğun şəxsləri işə qəbuldan imtina edə bilməzlər. Bu kvotaların tətbiqi Dövlət Məşğulluq Xidməti və DOST Xidməti tərəfindən həyata keçirilir. Əmək müqaviləsinin bağlanmasında isə dövlət və qeyri-dövlət məsələsi yoxdur”. 

Bundan əlavə, hüquqşünas müharibə veteranlarına vergi güzəştlərinin tətbiq olunduğunu bildirib: 

“Belə ki, onlar 400 manata qədər gəlir vergisindən azaddırlar. Bu səbəbdən işəgötürənin “müharibə veteranlarına məzuniyyət çox düşür” arqumenti ilə onları işdən çıxarması və ya işə götürməməsi qanunsuzdur. Həmçinin, əmək müqaviləsi ilə işləyən bütün işçilər Əmək Məcəlləsinin müddəalarına tabedir. 

Özəl və dövlət müəssisələri arasında heç bir fərq yoxdur və əmək münasibətləri qanunvericiliyə uyğun olaraq tənzimlənməlidir. Mən dəfələrlə təklif etmişəm ki, müharibə veteranları üçün də 46 günlük məzuniyyət hüququ tanınsın, lakin hazırda bu, yalnız qəhrəmanlara, orden və medal alanlara, yaralananlara və əlillərə şamil edilir. Müharibə veteranları bəzən bu məsələləri səhv başa düşür və əmək hüquqlarının tam fərqində olmurlar. 

Lakin işəgötürənlərin onları işə götürməməsi və ya işdən çıxarması qanunaziddir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 119-cu və 120-ci maddələrində işçilərin əmək məzuniyyətlərinin müddətləri əks olunub”. 

Qeyd edək ki, Əmək Məcəlləsinin 119-cu və 120-ci maddələri işçilərin əmək məzuniyyətlərinin xüsusi halları ilə bağlı müddəaları əhatə edir. Əmək Məcəlləsinin 119-cu maddəsində fizioloji xüsusiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddəti qeyd olunub. Belə ki, yaşı 18-dən az olan işçilər, əlilliyi olan işçilər, orqanizmin funksiyalarının pozulma faizindən, səbəbindən və müddətindən asılı olmayaraq, əlilliyi müəyyən edilmiş işçilərə də 42 təqvim günündən az olmayaraq əmək məzuniyyəti verilir. 

Bu müddəalar gənc və əlilliyi olan işçilərin sağlamlığını və rifahını qorumaq məqsədi daşıyır. 120 –ci maddədə isə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərin əlavə məzuniyyət hüquqlarını təmin etmək məqsədi daşıyır. 120-ci maddə həmin işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət verilməsini nəzərdə tutur. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Fevral 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri