Icma.az
close
up
RU
Dövlət quruculuğunda yeni dövr

Dövlət quruculuğunda yeni dövr

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəqəmsal İnkişaf Şurası innovasiya əsaslı iqtisadi modelə keçidi təmin edəcək

Azərbaycan hökuməti rəqəmsal iqtisadiyyat quruculuğu istiqamətində ən son innovasiyaların tətbiq edəcək. Rəqəmsal İqtisadiyyat Strategiyası və 3 illik Fəaliyyət Planı ölkə iqtisadiyyatında müasir texnologiyaların tətbiqinin və yerli istehsal potensialının genişləndirilməsi, habelə dövlət idarəetməsinin və infrastrukturun yüksək səviyyədə rəqəmsallaşdırılması əsasında dayanıqlı, rəqabətqabiliyyətli inkişafın təmin edilməsi üçün yeni hüquqi-iqtisadi arxitektura deməkdir. Sənəd rəqəmsal texnologiyaların müasir iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrildiyi və qlobal rəqabətin kəskinləşdiyi bir dövrdə olduqca vacib hədəf konsepti kimi qiymətləndirilə bilər.

Prioritetlərə əsasən, rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın sədri Birinci vitse-prezident, üzvləri isə dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri təyin edilib.

Rəqəmsal İnkişaf  Şurasının fəaliyyətinin təşkili məqsədilə Katibliyin yaradılması da nəzərdə tutulur. Eyni zamanda, nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Şuranın əsas məqsədi rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları arasında siyasətin əlaqələndirilməsini təmin etməkdən ibarət olacaq. Həmçinin, dövlət qurumları tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarət həyata keçiriləcək.

Rəqəmsal infrastruktur qurulub, stimullaşdırıcı addımlar atılıb

Məlumdur ki, son illərdə ölkəmizdə innovasiya infrastrukturunun yaradılması, texnoparkların inkişafı, innovativ layihələr üçün maliyyə mexanizmlərinin əlçatanlığının artırılması, İKT sahəsində insan kapitalının yetişdirilməsi sahələrində elektron intibaha keçid sahəsində iradəli addlımlar atılır, möhkəm rəqəmsal infrastruktur qurulmaqdadır. Respublikamızda genişzolaqlı internetin inkişaf etdirilməsi və ölkənin ən ucqar yaşayış nöqtələrində yaşayan əhalinin yüksəksürətli internetə çıxışının təmin olunması məqsədilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində müəyyən edilmiş hədəflərə nail olunub. Son 4 il ərzində ölkədə orta internet sürəti 7 dəfə artaraq 12.81 Mbit/saniyədən 90 Mbit/saniyəyədək yüksəlib. “Onlayn Azərbaycan” layihəsinin icrası sayəsində müasir IMS platforması ilə işləyən GPON avadanlığı və optik infrastruktur qurulub. Ölkə ərazisinin fiber-optik şəbəkə ilə geniş əhatə olunması tam başa çatdırılıb. Yüksək standartlara cavab verən “Hökumət buludu” istifadəyə verilib və son 4 il ərzində data mərkəzinə keçid edən qurumların sayı 3 dəfə artaraq 148-ə çatıb. Hazırda mövcud data mərkəzlərindən gücü 3 dəfə artıq olan yeni data mərkəzlərinin inşası davam etdirilir. Biometrik rəqəmsal imzanın (SİMA) uğurlu tətbiqi isə onlayn identifikasiyanı sadələşdirərək, dövlət və özəl sektor xidmətlərinin məsafədən göstərilməsini təmin edib. Habelə “Mygov” platforması yenidən qurularaq 2.5 milyondan artıq vətəndaşa xidmət göstərir. Hazırda sənədlərin fiziki təqdim edilməsinə ehtiyac aradan qaldırılaraq 2.3 milyondan artıq rəqəmsal sənəd “Mygov” platforması vasitəsilə təqdim edilməkdədir.

Yeni qurulan “Mygov Biznes” platforması isə biznes subyektləri tərəfindən bütün xidmətlərin “bir pəncərə” prinsipi əsasında əldə olunmasına və tam rəqəmsal formada istifadəyə şərait yaradacaq.

Ölkəmizin innovasiya ekosisteminin inkişafı ilə bağlı da güclü infrastruktur qurulub, biznes üçün bir sıra güzəştlər edilib. Vergi və Miqrasiya məcəllələrində, “Gömrük tarifi haqqında” və “Sosial sığorta haqqında” qanunlarında edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidentləri vergi, gömrük və sosial güzəştlərlə əhatə olunublar.

Rəqəmsal biznes arxitekturası

Rəqəmsal inkişafın əsas yeniliklərindən biri dövlət xidmətlərinin təqdim edilməsində pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş sistemə keçiddir. Bu sxemə əsasən, bütün rəqəmsal dövlət xidmətləri, o cümlədən sənədlər yalnız “mygov” və “mygov Biznes” platformaları vasitəsilə vətəndaşlara və sahibkarlara təqdim olunması, ayrı-ayrı qurumların fərdi portal və mobil tətbiqlərinin vahid ekosistemdə birləşdirilməsi sayəsində də ardıcıl işlər aparılır. Rəqəmsal mühitdə biznes-dövlət münasibətlərinin optimallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Dövlət, biznes və cəmiyyətin birgə fəaliyyəti iqtisadi həmrəyliyi təmin etməklə, rəqəmsal iqtisadiyyat quruculuğuna güclü təkan verir. Bu cəhətdən rəqəmsal transformasiyada özəl sektorun liderliyinin gücləndirilməsi, ailə-biznes modellərinin və fərdi sənaye istedadlarının, xüsusilə də startap və süni zəka sahəsində fəaliyyətinin stimullaşdırılması üçün çevik platformalar qurulmaqdadır.

Hədəf: rəqəmsal məhsul və xidmətlərin illik ixracının yüksəldilməsi

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək. Bu, o deməkdir ki, dövlət büdcəsindən investisiyalarla yanaşı, özəl sektorun, xarici investorların və maliyyə institutlarının vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur.

Fəaliyyət Planı üzrə nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti yeni yaradılan Rəqəmsal İnkişaf Şurası həyata keçirəcək.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və səhmləri  dövlətə məxsus olan hüquqi şəxslər, habelə dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, eləcə də Ali Məhkəmə, Baş Prokurorluq, Mərkəzi Bank, İnsan hüquqları üzrə Müvəkkil, Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam icrasını təmin etməli olacaq.

Fəaliyyət Planının uğurlu icrası nəticəsində Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması hədəflənir. Növbəti 10 ildə İKT sektorunun qeyri-neft-qaz ÜDM-də payının, rəqəmsal məhsul və xidmətlərin illik ixracının yüksəldilməsi, proaktiv xidmətlərin payının 50 faizə çatdırılması və ölkənin innovasiya əsaslı, rəqabətqabiliyyətli iqtisadiyyata keçidinin sürətləndirilməsi təmin ediləcək.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 İyul 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri