Icma.az
close
up
RU
Hüquqi dövlət quruculuğunda islahatların rolu

Hüquqi dövlət quruculuğunda islahatların rolu

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycan Respublikası demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. 

Ötən illər ərzində aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu yüksək səviyyədə həyata keçirilib, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb. Dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb. 

Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda istər-istəməz 1990-cı illərin əvvəlləri yada düşür. Xalqımız o vaxt milli dövlətçiliyini bərpa etsə də, çoxlu mənəvi sarsıntılara məruz qalaraq, böhranlı, ağrılı-acılı, faciəli günlər yaşayıb. 1993-cü ildə ölkədə ictimai-siyasi sabitlik təmin edilib. Həyata keçirilən düşünülmüş siyasət nəticəsində bütün sahələrdə əsaslı islahatların aparılması üçün zəmin hazırlanıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, islahatlara hər dövrdə ehtiyac olur:

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, təbii ki, çox çətin dövrlərdən keçib. Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edilsə də, öz dövrünün müasir dövlətlərində nəzərdə tutulmuş konstitusion prinsipləri özündə əks etdirirdi. 

Məsələn, hakimiyyətlərin bölgüsü prinsipi ilk dəfə idi ki, Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulurdu. Eyni zamanda Azərbaycanda 3 pilləli məhkəmə sisteminin təsbit edilməsi, insan hüquq və azadlıqları ilə bağlı ayrıca müddəaların olması və digər məqamlar əslində hüquqi dövlət quruculuğu istiqamətdində olduqca uğurlu addımlar idi. Elə konstitusiyanın özünün müddəalarında qeyd olunmuşdu ki, Azərbaycan hüquqi, dünyəvi, unitar respublikadır. Bu da təbii ki, dövlətin qarşısında bu istiqamətdə çox ciddi islahatların həyata keçirilməsi öhdəliyini qoyurdu. Bizə uzun illər lazım oldu ki, bu prinsipləri öz dövlətçilik siyasətimizdə tətbiq edək. Mən düşünürəm ki, hələ də bu proses davam edir. 

Hələ 2000-ci illərdən başlayaraq, Azərbaycanda məhkəmə sistemində hüquqi islahatlarla bağlı addımlar atılıb. Daha sonra ən son dönəmə nəzər yetirsək, Azərbaycanda qanunvericilik, icra və məhkəmə hakimiyyəti sahəsində bir sıra dəyişikliklər olunub. Təbii ki, bütün bunlar həm nəzəri baxımdan, həm insisional səviyyədə, həm də kadrlar baxımından həyata keçirilən yeniliklərdir. İslahatlar elə bir proseslərdir ki, ona hər zaman ehtiyac var. 

Dünya dəyişir və inkişaf edir. Biz bir sıra hallarda konstitusiyamızda və digər normativ aktlarda təsbit etdiyimiz məsələləri həyata keçirmədən belə, artıq onların dəyişməsinə ehtiyac yaranır. Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Bu baxımdan, mən düşünürəm ki, hazırki mərhələdə də bir sıra dəyişikliklərin edilməsinə ehtiyac var”. 

Xəyal Bəşirov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında Azərbaycan prezidentinin xüsusi nümayəndəlik üsulunun tətbiq edilməsi artıq yeni bir ekspertmentin başlanmasından xəbər verir:

“Məsələn, prezidentin xüsusi nümayəndəlik institutu torpaqlarımızın işğaldan azad edilməsindən sonra tətbiq edilən bir institutdur. Hətta bəzi yerlər var ki, orada icra hakimiyyətləri ilə paralel şəkildə prezidentin xüsusi nümayəndəliyi üsulu fəaliyyət göstərir. Fikrimcə, bu da bir növ eksperiment xarakteri daşıyır. Nəzərə almaq lazımdır ki, ölkəmizdə illərdir tətbiq olunan icra hakimiyyəti strukturu özünü doğrultmur. 

Vətəndaşlar arasında yerli icra hakimiyyətlərinin fəaliyyətinə bir sıra narazılıqlar özünü göstərir. Bu kimi hallar təbii ki, insanlar arasında sözügedən instituta etimad və etibarı xeyli azaldır. Amma bu keçidin qısamüddət ərzində reallaşması da real görünmür. 

Çünki bütün ölkə üzrə icra hakimiyyəti çox vacib bir institutdur. Ümumiyyətlə, idarəetməni demək olar ki, böyük miqyasda həyata keçirən bir institutdur. İcra hakimiyyəti isntitutunun tarixə qovuşması və yenisi ilə əvəz edilməsi özlüyündə zaman tələb edir. Bu baxımdan mən düşünürəm ki, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında Azərbaycan prezidentinin xüsusi nümayəndəlik üsulunun tətbiq edilməsi artıq bu ekspertmentin başlanmasından xəbər verir. Reallıqlar onu göstərir ki, bu heç də pis alınmayıb. Reallıq onu göstərir ki, xüsusi nümayəndəlik institutu kompakt şəkildə olmaları ilə yanaşı, real işlər ortaya qoyurlar”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.   


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2025 04:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri