“Dövlət qurumlarının adlarında ‘Azər’ sözü daha uyğundur” Çingiz Bayramov
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib ki, dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir və aparıcıların dilə biganə, laqeyd münasibəti insanı hiddətləndirir.
“Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” və s. Bəs “Azəriqaz” niyə? Bizim tayfanın adı “azəri” deyil. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. O, İranda yaşayan etnik azlıqdır. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir. Ədliyyə Nazirliyi bu barədə ictimaiyyəti məlumatlandırsın”, – deputat əlavə edib.
Gununsesi.info bildirir ki, “Türkiyə Universitetləri” Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov məsələyə münasibət bildirib:
“Dəyərli ziyalımız Səyyad Aranın “Azəriqaz” adının “Azərqaz” ilə əvəz olunması ilə bağlı fikrini tam dəstəkləyirəm.
Ümumiyyətlə, “azəri” sözü ilə başlayan bütün dövlət və rəsmi qurum adlarının bu ifadədən imtina etməsi vacibdir. Biz xalq olaraq azərbaycanlıyıq, millət olaraq isə böyük Türk ailəsinin ayrılmaz parçasıyıq.
Yaşadığımız coğrafi ərazimizi və dövlətçilliyimizi daha düzgün ifadə edən “Azər” sözü bizə daha doğmadır və dövlət qurumlarımızın adlarında istifadəsi həm məntiqli, həm də zəruridir”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Yanvar 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















