Azər Bayramov: Sahibkarların kredit faizinin 50 faizini dövlət ödəyəcək
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Dövlətin dəstək tədbirləri Azərbaycanın əldə etdiyi makroiqtisadi göstəricilərə və qeyri-neft-qaz sektorunun inkişafına töhfə verir".
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Məhz bu təcrübə əsasında cari ildə sahibkarlar üçün yeni dəstək alətlərinin təqdim edilməsinə başlanılıb. Bakı və Abşeron iqtisadi rayonu nəzərə alınmadan digər ərazilərdə fəaliyyət göstərən sahibkarların kreditləri üzrə faizlərin yarısı artıq dövlət tərəfindən ödənilir.
Sahibkarlara verilən kreditlər üzrə zəmanətlərin limiti də 20 faizdən 50 faizədək artırılıb. 2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizi dövlət tərəfindən qarşılanacaq.
Bununla yanaşı, ixracatçıların daşıma və gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi də kompensasiya olunur", - deyə nazir müavini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 Noyabr 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















