Icma.az
close
up
RU
Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik üzrə seminar keçirilib

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik üzrə seminar keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) təşəbbüsü və Elektron Təhlükəsizlik Xidmətinin tərəfdaşlığı ilə “Rəhbərlər üçün kibertəhlükəsizlik seminarı” silsiləsindən növbəti sessiya baş tutub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən AZƏRTAC-a bildirilib ki, seminarda 20-yə yaxın dövlət qurumunun kibertəhlükəsizlik və informasiya təhlükəsizliyindən məsul olan rəhbər şəxslər iştirak ediblər.

Seminarda Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov rəqəmsallaşmanın fonunda artan kibertəhdidlərə qarşı önləyici tədbirlərin və informasiya təhlükəsizliyinin hərtərəfli təminatının dövlətimiz üçün kritik önəm kəsb etdiyini vurğulayıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev çıxışı zamanı təcrübə mübadiləsi üçün şərait yaradan bu seminarın “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda müəyyən edilmiş tədbirlərin reallaşdırılması istiqamətində vacib addım olduğunu diqqətə çatdırıb.

İki gün davam edən seminarda “Technion” Texnologiya İnstitutundan aparıcı ekspertlər kibertəhlükəsizliyin gündəmdə olan çağırışları və qabaqcıl təcrübələrini əhatə edən təqdimatlarla çıxış ediblər. Ekspertlər milli kibermüdafiə sistemləri, ən geniş yayılmış zərərverici proqramlara və haker hücumlarına qarşı qabaqlayıcı strategiyalar və digər kritik mövzular haqqında təcrübələrini bölüşüblər, eləcə də dövlət qurumlarının rəhbər nümayəndələri ilə fikir mübadiləsi aparıblar.

İnteraktiv formatda keçən təqdimatların sonunda iştirakçıların sualları cavablandırılıb. Bundan əlavə, kibertəhdidlərin növünün təyin edilməsini özündə ehtiva edən simulyasiya keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri