Icma.az
close
up
RU
Dövlət Rəqs Ansamblı bişkeklilərə unudulmaz anlar yaşatdı Fotolar

Dövlət Rəqs Ansamblı bişkeklilərə unudulmaz anlar yaşatdı Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

20-25 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində ilk dəfə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər - Xalq artisti Rüfət Xəlilzadə) “Mənim Azərbaycanım” adlı konsert proqramı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 22-də Abdılas Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında keçirilən təntənəli musiqi axşamını Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, iki ölkənin mədəniyyət xadimləri, milli rəqslərimizin sorağı ilə 99 yaşlı teatrın 850 nəfərlik zalında boş oturacaq qoymayan Bişkek sənətsevərləri izləyiblər.

Ansambl ilk olaraq "Mənim Azərbaycanım" adlı möhtəşəm rəqs nömrəsi ilə tamaşaçıları salamlayıb.

Sonra kollektiv “Qavalla rəqs”, “Qazaxı”, “Yaylıqlarla rəqs”, “Nağaraçılar”, “Şalı-şalı”, “Qaytağı”, “Toy”, “Qılıncdar”, “Ağ çiçəyim”, “Çayçı” rəqsləri ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.

Ansambl milli rəqslərimizin təntənəsinin yaşandığı gecəyə “Vətən” rəqsi ilə yekun vurub. Böyük məharətlə ifa olunan rəqs hər yaşdan tamaşaçıları ayağa qaldırıb. Yerbəyerdən salonu bürüyən “bravo” nidaları Azərbaycan incəsənətinin onlarla ölkınin möhtəşəm konsert salonlarında olduğu kimi, bişkeklilərin də könlünü vəcdə gətirdiyinin təsdiqi olub.

Tamaşaçılar sənət ocağından unudulmaz təəssürat və mədəniyyətimizə böyük rəğbət duyğusu ilə ayrılıblar.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Ötən 55 ildə kollektiv ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Meksika, Braziliya, Kuba, Cənubi Koreya, Belçika, Səudiyyə Ərəbistanı, habelə keçmiş SSRİ məkanında parlaq ifası ilə milli rəqs sənətimizi layiqincə təbliğ edib.











Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:16
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see144

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see143

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see134

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see133

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see129

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see129

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see126

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see120

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see115

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see112

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see111

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

22 Aprel 2025 07:59see108

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see108

Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

22 Aprel 2025 10:10see108

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see108

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see108

Bu qidalar sizin üçün təhlükə ola bilər

22 Aprel 2025 09:55see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri