Icma.az
close
up
RU
Dövlət sektorunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ Ştatların sayı AZALDILIR?

Dövlət sektorunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ Ştatların sayı AZALDILIR?

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son statistika göstərir ki, dövlət sektorunda çalışanların sayında azalma müşahidə olunur, özəl sektorda isə əksinə, artım var.
Son 1 ayda:
Dövlət sektoru: 8,8 min nəfər
Qeyri-dövlət sektoru: 10,4 min nəfər
İlin əvvəlindən bəri (yanvar-iyun):
Dövlət sektoru: 873,0 min nəfər
Qeyri-dövlət sektoru: 896,2 min nəfər
Nəzərə alsaq ki, bir çox üstünlüklərinə (sosial təminat, pensiya, tam məzuniyyət, bülleten, ezamiyyət), ələlxüsus da nüfuz, sabitlik və etibarlılığına görə adətən insanlar dövlət qulluğunda çalışmağa daha meyilli olub.
Belə olan halda sual yaranır ki, bu tendensiyanın arxasında hansı səbəblər dayanır?
İqtisadçı ekspert Eldəniz Əmirov məsələylə bağlı Bizim Media-ya bildirib ki, hazırda müşahidə olunan dinamikada bəzi faktorlar var ki, bunlardan biri də dövlət sektorunda aparılan optimallaşdırma və islahatlardır:

“Eyni zamanda müəyyən layihələrin başa çatması və bəzi idarəetmə funksiyalarının özəl müəssisələrə ötürülməsi də ümumi nəticəyə təsir edir və bu normaldır. Qeyri-dövlət sektorunda daha çox müvəqqəti-mövsümi iş yerlərinin olması səbəbindən bu artım müşahidə olunur.
“Dövlət sektoruna maraq azalıb, özəl sektora maraq artıb” fikrini isə yalnız ən azı iki il ardıcıl davam edən dinamikadan sonra söyləyə bilərik. Yəni 2025-2026-cı illərdə özəl sektorda məşğulluğun payı artarsa, digərində azalarsa, bu, öz təsdiqini tapar. Amma uzun illərdir bu say bir-birinə demək olar ki, bərabərdir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə artıq iki ilə yaxındır ki, bu tendensiyanın müşahidə olunduğunu qeyd edib.

Onun sözlərinə görə, dövlət sektorunda muzdla çalışan işçilərin sayında azalma, özəl sektorda isə az da olsa artım baş verib.
“Yeni ştatlar açılmır, təqaüdə çıxanların yerinə yeni işçilər götürülmür və daha az ştatla işlər davam etdirilir. Nəticə etibarilə ilə dövlət sektorunda çalışanlarırn sayında azalma müşahidə olunur. Hətta bu tendensiyanın daha sürətlə davam edəcəyini düşünürəm. Çünki, bizdə əhali sayına baxanda büdcə təşkilatlarında işləyənlərin sayı yenə də çoxluq təşkil edir. Kiçik bir ölkə üçün büdcədən maliyyələşən təşkilatların sayının az qala 900 minə yaxın olması az rəqəm deyil”, - deyə o, vurğuladı.
N.Cəfərli diqqətə çatdırdı ki, son bir ildə özəl sektorda təqribən 30 min iş yeri yaradılıb:
“Bu pis göstərici deyil, amma daha yaxşı olmalıdır. Əgər dövlət sektorunda ştatların sayı azalırsa, özəl sektora daha çox üstünlük verilməlidir. Yeni təşfiq proqramlarına ehtiyac var. Dövlət sektorundan azalmalar hələ davam edəcək, ona görə də paralel olaraq özəl sektor üçün daha yaxşı şərait yaradılmalıdır ki,  iş yerlərinin sayı sürətlə artsın”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Avqust 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see222

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see204

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see200

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see156

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see141

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see139

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see138

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see137

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see134

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see134

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see134

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see133

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see133

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see131

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see126

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see125

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see124

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see124

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see123

Türkiyədə mərc oyunları qalmaqalı 102 futbolçu...

13 Noyabr 2025 17:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri