Dövlət sektorunda şəffaflığın artırılması üçün nə kimi metodlar uğurlu sayılır?
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 30 yanvar, AZƏRTAC
Auditorlar Palatasının auditorları kimi hər bir auditor yerinə yetirdiyi istənilən audit yoxlamalarını Beynəlxalq Audit Standartlarının tələblərinə əsasən aparmalıdır, həmçinin Peşə Etika Məcəlləsinin (müstəqillik standartları ilə birlikdə) tələbləri əsasında reallaşdırmalıdır.
Bu barədə Palatadan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, kənar auditorlar kimi həm dövlət və həm də özəl sektorda aparılan auditlər zamanı audit sahəsində tənzimləyici orqan kimi Auditorlar Palatasının direktiv sənədlərinə riayət etməlidir.
Bununla yanaşı, digər özəl audit subyektlərindən fərqli olaraq, dövlət müəssisələri, İctimai Əhəmiyyətli Qurumlar və publik hüquqi şəxslərdə audit aparan auditorlar üçün əlavə tələblər mövcuddur. Eyni zamanda digər özəl audit subyektlərindən fərqli olaraq dövlət müəssiləri kimi İctimai Əhəmiyyətli Qurumlarda və Publik Hüquqi şəxslərdə audit aparan auditorlar üçün əlavə olaraq Auditorlar Palatası Şurasının 28.02.2025-ci il tarixli qərarı ilə xüsusi tələblər vardır. Yəni Auditorlar Palatasından İcazə almış istənilən bir auditor dövlət müəssisələri kimi ictimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə audit apara bilməz. Ancaq Auditorlar Palatası Şurasının 28.02.2025-ci il tarixli qərarı ilə xüsusi tələblərinə cavan verən auditorlar ictimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə audit apara bilər.
Məlumatda vurğulanıb ki, ümumilikdə dövlət müəssisələrində və özəl sektorda aparılan auditlər arasında fərqlər mövcuddur. Əsas fərq auditi həyata keçirmək səlahiyyətinə malik olan qurumlarla bağlıdır. Digər fərqlər isə auditin məqsədi, növləri, tətbiq edilən tənzimləmələr, hesabatların təqdim olunma qaydası, risk yanaşmaları və auditin miqyası ilə əlaqədardır. Kənar audit yoxlamaları zamanı da dövlət və özəl sektor üzrə fərqlər əsasən auditorlara qoyulan xüsusi tələblərlə bağlıdır.
Açıqlamada dövlət sektorunda şəffaflığın artırılması məqsədilə bir sıra effektiv metodlar da diqqətə çatdırılıb. Bunlara açıq məlumat platformalarının yaradılması, büdcə xərcləri, tender nəticələri və dövlət proqramlarının icrası ilə bağlı məlumatların real vaxt rejimində dərc olunması daxildir. Eyni zamanda, “Açıq hökumət məlumatları” portallarının tətbiqinin vacibliyi vurğulanıb.
Elektron tender və satınalma platformalarında tenderlər üzrə pre-audit yoxlamalarının tezliyinin artırılması korrupsiyanın və qeyri-şəffaf qərarların azalmasına təsir göstərir. Bütün proseslərin rəqəmsal izinin qalması auditin keyfiyyətini yüksəldir.
Performans auditlərinin genişləndirilməsi təkcə maliyyə deyil, eyni zamanda effektivlik, qənaətlilik və nəticəlilik meyarlarının qiymətləndirilməsini nəzərdə tutur, dövlət proqramlarının faktiki təsirinin ölçülməsinə imkan yaradır. İctimai nəzarətin gücləndirilməsi məqsədilə qeyri-hökumət təşkilatları, media və vətəndaş cəmiyyəti üçün məlumatlara açıq çıxış təmin edilir, ictimai audit mexanizmləri və sosial nəzarət alətləri tətbiq olunur.
Rəqəmsal monitorinq və analitika çərçivəsində süni intellekt əsaslı risk yönümlü monitorinq sistemləri tətbiq edilir, dövlət xərclərində mümkün anomaliyaların avtomatik aşkarlanması təmin olunur. Hesabatlılıq standartlarının beynəlxalq modellərə uyğunlaşdırılması INTOSAI standartlarının tətbiqini, dövlət auditorlarının peşəkar sertifikasiyasının və müstəqilliyinin artırılmasını əhatə edir.
Etika və korrupsiyaya qarşı tədbirlər davranış kodekslərinin tətbiqini, məcburi aktivlərin bəyannaməsini, eləcə də daxili nəzarət və daxili audit orqanlarının fəaliyyətinin gücləndirilməsini nəzərdə tutur.
Dövlət və Özəl Sektor Auditlərinin Müqayisə Cədvəli
Meyar
Dövlət sektoru auditi
Özəl sektor auditi
Məqsəd
Dövlət, İctimai vəsaitlərin qanunauyğun,
şəffaf və səmərəli istifadəsini
qiymətləndirmək
Maliyyə hesabatlarının düzgünlüyü, şəffaflığını və etibarlılığını təsdiqləmək
Audit növləri
Maliyyə, uyğunluq, performans və səmərəlilik auditləri
Maliyyə auditi
Tənzimləmə
Dövlət büdcə qanunvericiliyi, satınalma qanunları, dövlət proqramı qaydaları, INTOSAI standartları
BAS-lar, Etka məcəlləsi, IFRS, ISA, Auditorlar Palatasının direktiv sənədləri, kommersiya qanunvericiliyi
Auditorun təyin
edilməsi
Parlamentə və ya dövlət nəzarət orqanına tabe olan ali audit qurumları (Hesablama Palatası)
Müstəqil audit firmaları, səhmdar və ya idarə heyətinin seçimi ilə
Hesabatın təqdimatı
Parlamentə, hökumətə və ictimaiyyətə
Səhmdarlara, idarə heyətinə, vergi və tənzimləyici orqanlara
Risk yanaşması
Korrupsiya, israfçılıq, büdcə qaydalarının
pozulması
Yanlış maliyyə hesabatları, bəyannaməsi, dələduzluq, biznes riskləri
Şəffaflıq tələbləri
Yüksək – məlumatların ictimaiyyət üçün açıq olması tələb olunur
Nisbətən aşağı – məlumatlar daha çox daxili istifadə üçündür
Motivasiya
İctimai maraq, sosial təsir
Mənfəət, kapitalın qorunması, investor etibarı
Audit miqyası
Daha geniş – dövlət proqramları, layihələr, sosial xidmətlər, satınalmalar
Şirkətin maliyyə əməliyyatları, aktivlər, öhdəliklər, gəlir-xərc uçotu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 30 Yanvar 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















