Icma.az
close
up
RU
Dövlət satınalmalarında şəffaflığın gücləndirilməsi təklif edilir

Dövlət satınalmalarında şəffaflığın gücləndirilməsi təklif edilir

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Müzakirə etdiyimiz qanun layihəsi dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi baxımından vacib dəyişiklikdir. Son illər bu sahədə islahatların dərinləşməsi büdcə vəsaitlərindən istifadədə səmərəlilik və şəffaflığın güclənməsinə səbəb olub".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycanda süni intelektdən daha yaxında istifadə hazırda iqtisadi siyasətin prioritet istiqamətlərindəndir: "Bu gün müzakirə etdiyimiz qanun layihəsinin konseptual istiqamətlərinə uyğun olaraq, dövlət satınalmalarında süni intellekt imkanlarından istifadə edilməsi şəffaflığın daha da artırılmasına xidmət edərdi. Həm tender nəticələrinin qiymətləndirilməsində, həm də ehtimal olunan qiymətin hesablanması mexanizminin təkmilləşdirilməsində süni intelektdən istifadə məqsədəuyğun olardı. Hesablama Palatasının məlumatına əsasən, rəqabətli satınalmaların 43,1 faizində müqavilə məbləği ehtimal olunan qiymətdən 20 % və daha çox fərqlənib.  Ehtimal olunan qiymətlə müqavilə dəyəri arasında fərqin böyük olması isə dövlət satınalmalarında səmərəliliyin və şəffaflığın daha da gücləndirilməsi məsələlərini aktuallaşdırır. Süni intelektdən istifadə həm tender qərarlarının qəbulunda kənar intervensiyaların və eləcə də subyektiv mülahizələrin minimumlaşdırılmasında, həm də ehtimal olunan qiymət ilə müqavilə qiyməti arasındakı fərqin azalmasına və dövlət vəsaitlərindən daha səmərəli istifadəyə imkan yarada bilər.
Müzakirə etdiyimiz qanun layihəsində təyinatı üzrə istifadə məsələlərinə dövlətə məxsus hüquqi şəxslərin vəsaitindən istifadə də əlavə edilir. Daha yaxşı olardı ki, Cinayət Məcəlləsinin 308-1-ci maddəyə publik hüquqi şəxslərə ayrılan vəsait də əlavə edilsin. 2025-ci ildə publik hüquqi şəxslərə 1 milyard 163 milyon manat ayrılması nəzərdə tutulub, bu il isə 895,2 milyon manat ayırlacağı gözlənilir. Göründüyü kimi, söhbət kifayət qədər böyük rəqəmlərdən gedir. Bu baxımdan, publik hüquqi şəxslərin dövlət vəsaitlərindən istifadədə səmərəlilik və şəffaflığın gücləndirilməsi fiskal baxımdan da xüsusi əhəmiyyət daşıyır".

Anar Kəlbiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Mart 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri