Icma.az
close
up
RU
“Dövlət sektorundakı azalma sadəcə kağız üzərində “yerdəyişmə” ola bilər” Akif Nəsirli

“Dövlət sektorundakı azalma sadəcə kağız üzərində “yerdəyişmə” ola bilər” Akif Nəsirli

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsinin (DSK) verdiyi məlumata görə, keçən illə müqayisədə son 1 ildə dövlət işçilərinin sayı 23 min azalıb.

Ümumiyyətlə Azərbaycanda işsizlərin rəsmi sayı nə qədərdir? İşsiz kimi nə qədər insan rəsmi qeydiyyata düşüb?

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, rəqəmlərin real vəziyyəti tam əhatə edib-etməməsi bir neçə amildən asılıdır.

“Bu rəqəmlər kağız üzərində rəsmi statistikanın verdiyi mənzərəni əks etdirir, amma onların real vəziyyəti tam əhatə edib-etməməsi bir neçə amildən asılıdır.

Bu məlumat Dövlət Statistika Komitəsinin (DSK) rəsmi hesabatından götürülüb. DSK əsasən vergi və sosial sığorta məlumatları, həmçinin müəssisələrin rüblük hesabatları əsasında statistik göstəriciləri formalaşdırır.

Rəqəmlər yalnız rəsmi qeydiyyatda olan muzdla çalışan işçiləri əhatə edir. Qeyri-rəsmi əmək bazarı (kölgə sektor) bu hesablara daxil deyil.

Dövlət sektorunda azalmanın səbəblərinə gəldikdə, 23,3 min nəfərin azalması, böyük ehtimalla, dövlət müəssisələrinin ixtisarları, bəzi strukturların özəlləşdirilməsi və ya ləğvi, optimallaşdırma siyasəti ilə bağlıdır.

Bu azalma hər zaman “işsizlərin sayı eyni qədər artdı” demək deyil, bir hissəsi özəl sektora keçə bilər, bir hissəsi isə işsiz qala bilər”.

Ekspert vurğulayıb ki, qeyri-dövlət sektorunda artımın mənbəyi iş yerlərinin açılması ilə bağlı olmaya bilər:

“Qeyri-dövlət sektorunda artımın mənbəyi maraqlıdır. 33,3 min nəfərin artması yalnız yeni iş yerlərinin açılması ilə bağlı olmaya bilər.

Bəzi hallarda dövlət təşkilatlarının struktur dəyişiklikləri nəticəsində işçilər formal olaraq özəl sektor şirkətlərinin (podratçı, servis şirkətləri və s.) ştatına keçirilir. Bu halda statistikada “özəl sektor artdı” kimi görünür, amma real iqtisadi təsir məhdud olur”.

Akif Nəsirlinin sözlərinə görə rəqəmlərdəki artım əhalinin rifahında ciddi dəyişiklik yaratmaya bilər:

“Muzdla çalışan işçilərin sayının 10 min nəfər artımı Azərbaycan üçün o qədər də məqbul göstərici deyil. Rəsmi artım 10 min nəfər göstərilsə də, real əmək bazarında bu, əhalinin artım tempi, miqrasiya axını, qeyri-rəsmi işləyənlərin sayı nəzərə alınanda çox kiçik dinamikadır.

Üstəlik, bir çox hallarda əməkhaqqı səviyyəsi və iş şəraiti dəyişmədiyi üçün, sadəcə rəqəmlərdəki artım əhalinin rifahında ciddi dəyişiklik yaratmaya bilər.

Bəli, bu rəqəmlər rəsmi statistikanı əks etdirir, amma real iqtisadi vəziyyəti tam əks etdirmir. Çünki qeyri-rəsmi məşğulluq, miqrasiya və struktur dəyişiklikləri kimi amillər statistik mənzərəni təhrif edə bilər. Dövlət sektorundakı azalma və özəl sektordakı artım bəzən sadəcə kağız üzərində “yerdəyişmə” ola bilər”.

Günel Həsənova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri