Icma.az
close
up
RU
Dövlət sərhədinin pozulmasının və narkotik vasitələrin ölkəyə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin pozulmasının və narkotik vasitələrin ölkəyə keçirilməsinin qarşısı alınıb

Icma.az, Operativmedia saytına istinadən bildirir.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlər 3 nəfər sərhəd pozucusu və narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 2 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə "Operativ Media"ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən bildirilib.

Noyabr ayının 23-də saat 19:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Xudat sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Chouaib Bendemagh, noyabrın 25-də saat 00:05-də Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikası istiqamətində İİR vətəndaşları – 2004-cü il təvəllüdlü Rayenzadə Muhemmedrza Əli və 2008-ci il təvəllüdlü Mikayıllı Yeganə Nehmətulla dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Noyabrın 27-də saat 02:20-də isə Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-EA-559 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən və şübhəli hərəkətləri ilə diqqəti cəlb edən Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü Tahirzadə Faiq Şaiq oğlu və Masallı rayon sakini 1992-ci il təvəllüdlü Muradlı Dilqəm Qafil oğlu saxlanılıblar.

Saxlanılan şəxslərin idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 13 kiloqram 995 qram (11 kq 965 qram marixuana, 1 kq 525 qram tiryək, 505 qram metamfetamin) və 3980 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 29 Noyabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç ustası olduğu deyilən həkim DANIŞDI

22 Avqust 2025 09:52see209

Kişilər, çox kök yeməyin!?.

21 Avqust 2025 23:26see161

Talassemiya Mərkəzi ilə bağlı narazılıqlar: Pasiyentlər dərman çatışmazlığından şikayətçidirlər

22 Avqust 2025 00:35see159

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see148

Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq

21 Avqust 2025 19:09see146

Elzanın bu videosu tənqid edildi Video

21 Avqust 2025 15:18see134

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see130

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see122

Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08see121

Əlcəzairli boksçudan gözlənilməz qərar

21 Avqust 2025 05:18see121

14 yaşlı azərbaycanlı gənc yeni sosial şəbəkə yaratdı REAX istifadəyə verildi

21 Avqust 2025 17:42see120

KL: Başakşehir ev, Beşiktaş ın səfər sınağı YENİLƏNİR

21 Avqust 2025 17:01see120

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see119

“Qalatasaray” onu 8 milyona satdı

21 Avqust 2025 06:16see118

Qarpızı necə kəsmək lazımdır? İndiyə kimi səhv edirmişik

22 Avqust 2025 09:54see118

İlin ilk altı ayında Azərbaycanda 158 mindən çox şəxs sürücülük vəsiqəsi alıb

21 Avqust 2025 10:09see117

Hillari Klinton Trampın xarici siyasətini təriflədi

21 Avqust 2025 07:22see116

Ana itkin düşən oğluna görə fəryad etdi

21 Avqust 2025 18:08see116

Benfika dan Beşiktaş a maraqlı mesaj

22 Avqust 2025 23:46see115

Dost Estetik Mərkəzi ndə əməliyyat zamanı qeyri etik görüntüləri yayılan həkim DANIŞDI

22 Avqust 2025 00:48see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri