Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi siyasətçi, sabiq millət vəkili Yusif Bağırzadə olub.

O qeyd edib ki, ruslar Cənubi Qafqaza daxil olduqları andan etibarən xalqımız dəfələrlə deportasiyalara məruz qalıb, günahsız azərbaycanlılar qətlə yetirilib. Bu proses XVIII əsrin ortalarından XX əsrin sonlarına qədər müxtəlif illərdə təkrarlanıb. Tarixi Azərbaycan torpaqları parçalanıb, onun ərazisində Ermənistan kimi qondarma dövlət yaradılıb. Sovet hakimiyyəti illərində də Azərbaycanın bəzi əraziləri əsassız olaraq Ermənistana birləşdirilib. 1988-ci ildə isə Qərbi Azərbaycandakı soydaşlarımız minillər boyu yaşadıqları ata-baba yurdundan deportasiya olunublar. Hazırda 300 mindən çox Qərbi azərbaycanlı tarixi Vətəninə həsrət qalıb.

Y.Bağırzadə deyib ki, Azərbaycan beynəlxalq sənədlərə istinad edərək, soydaşlarımızın geriyə qayıdış hüququnun reallaşdırılmasını istəyir. Müsahib doğulub boya-başa çatdığı Gəncə şəhərində məskunlaşan Qərbi azərbaycanlılardan da danışıb. Onun sözlərinə görə, soydaşlarımız ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirir, Gəncənin mədəni, sosial, iqtisadi həyatında mühüm rol oynayırlar. Buna rəğmən, onlar ata-baba yurdlarına qayıtmağı daim gündəmdə saxlayırlar. Onların bu istiqamətdə atdığı hər bir addım beynəlxalq hüquqa söykənir.

Siyasətçi Y.Bağırzadə diqqətə çatdırıb ki, ermənilər ötən əsrin əvvəlində sadəcə Azərbaycanda, Türkiyədə, İranda deyil, Özbəkistanda da kütləvi qırğınlar törədiblər. Bolşevik libasına bürünən ermənilər 1918-ci ildə təkcə Fərqanədə 35 min özbək türkünü amansızlıqla qətlə yetiriblər. Ermənilərin əsas hədəfi özbək xalqının elit təbəqəsini tamamilə məhv etmək olub ki, sonradan onları rahatlıqla idarə edə bilsinlər. Təəssüf ki, bu qırğınlardan sonra qardaş özbək xalqı repressiyalara, deportasiyalara da məruz qalıb. 1944-cü ildə isə ata-baba yurdundan sürgün olunan Məhsəti türkləri düz 44 il sonra - 1988-ci ildə kütləvi zorakılıqlar və soyqırımı ilə üzləşiblər. Bu hadisələrdə çoxsaylı günahsız türk qətlə yetirilib, müxtəlif işgəncələrə məruz qalıb.

Y.Bağırzadə vurğulayıb ki, indiki Ermənistan dövləti soydaşlarımızın qayıdış hüququnu tanımalı, onların təhlükəsizliyinə zəmanət verməlidir. Onun sözlərinə görə, Qərbi azərbaycanlıların tarixi vətənə qayıtmaq tələbi heç bir halda Ermənistana qarşı ərazi iddiası sayıla bilməz.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Oktyabr 2025 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri