Icma.az
close
up
RU
Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Azərbaycan müəyyən etdiyi çoxvektorlu xarici diplomatiya nəticəsində qarşısına qoyduğu bütün hədəflərə doğru addım-addım irəliləməklə dünyada yeni reallıqlar yaratmaqdadır. Cənab Prezident İlham Əliyevin liderliyi altında müasir dövrdə ən mürəkkəb münaqişələrdən biri hesab edilən Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapıb. İrəvanla Bakı arasında sülh sazişinin paraflanmasından sonra Cənubi Qafqazda sülhün memarı olan Azərbaycan, həm də sülhün təminatçısı rolunda çıxış etməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan artıq beynəlxalq miqyasda qlobal və regional sülhə, eləcə də təhlükəsizliyə töhfə verən ölkə kimi qəbul edilməkdədir.

Azərbaycanın növbəti hədəflərindən biri də Türk dünyasının beynəlxalq münasibətlər sistemində sıx inteqrasiya olunmuş siyasi-iqtisadi güc kimi ortaya çıxmasıdır. Türk dünyasının birliyi cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin ana xəttini təşkil edir. Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimində “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” bəyanatını verməsi təsadüfi deyildi. Bu fikirlər cənab Prezidentin Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsi, həm də dünyaya mesajı idi.

Bu səbəbdən də Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb və oynamaqdadır. TDT-nin güclü bir təşkilat kimi formalaşmasında Azərbaycanın müstəsna rolu var. Çünki bu təşkilatın əsası 16 il əvvəl, 2009-cu il oktyabrın 3-də Naxçıvan sazişi ilə qoyulub. Təşkilat ötən dövr ərzində genişmiqyaslı platformaya çevrilib və bu gün qlobal proseslərə uğurlu transformasiyasının həlledici mərhələsini yaşayır. Sabah isə Azərbaycanın ev sahibliyi ilə TDT-nin Qəbələdə “Regional sülh və təhlükəsizlik” mövzusu çərçivəsində keçiriləcək XII Zirvə görüşü baş tutacaq”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, XII Zirvə görüşünün əsas mövzusu regional sülh və təhlükəsizlik məsələləri olacaq:
“Artıq Azərbaycan regional sülh və təhlükəsizliyin təmin olunması istiqamətində böyük təcrübəyə malikdir. Prezident İlham Əliyevin qlobal təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətindəki çağırışlarına çevik reaksiya verərək bölgədə həyata keçirdiyi layihələr Cənubi Qafqazda regional sülh və təhlükəsizliyin təmin olunmasında misilsiz xidmət olub. Bu çevik siyasətin nəticəsi olaraq Cənubi Qafqaz Qərblə Şərqin, Şimalla Cənubun əməkdaşlıq məkanına çevrilib. Azərbaycanın bu siyasəti Türk dünyası da daxil olmaqla daha geniş coğrafiyanı əhatə edir. Azərbaycanın yürütdüyü bu siyasət təbii olaraq TDT-nin sürətli inkişafına və genişlənməsinə töhfə verməklə onu ənənəvi regional birliklərdən fərqləndirir.

TDT artıq təkcə mədəni inteqrasiyanın deyil, həm də siyasi koordinasiyanın və təhlükəsizlik əməkdaşlığının önəmli platformasına çevrilib. Avrasiya enerji yolları, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, Böyük İpək Yolunun bərpası kimi layihələrdə Türk dövlətlərinin strateji mövqeyi təşkilatın qlobal güc balansında əhəmiyyətini artırır. Ona görə də təşkilatın gündəliyinə təkcə mədəni və humanitar məsələlər deyil, strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər də daxildir. Bu da TDT-nin yeni dünya nizamının formalaşmasında bir siyasi güc kimi meydana çıxmasını şərtləndirir.

Yeni dünya nizamının formalaşmasında TDT-yə üzv ölkələrin yerləşdiyi coğrafiyanın geosiyasi və geoiqtisadi əhəmiyyəti getdikcə artmaqdadır. Digər tərəfdən, türkdilli xalqların insani və iqtisadi resursları buna əlavə imkanlar yaradır. Bütün bu amillər dünya güclərinin TDT-ni bir güc mərkəzi kimi qəbul etməsini şərtləndirən əsas faktorlardan biridir.

Ona görə də TDT siyasi dialoqu gücləndirib, iqtisadi, mədəni və humanitar əlaqələri dərinləşdirməklə ən qısa zaman kəsiyində qarşısındakı hədəflərə nail olub, beynəlxalq münasibətlər sistemində ciddi qlobal güc rolunda çıxış edə bilər. Əminəm ki, bu hədəflərə də nail olunacaq. TDT qlobal miqyasda yeni dünya nizamının formalaşmasında qlobal sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə öz ciddi töhfəsini verə bilər. Azərbaycan da cənab Prezidentin liderliyi altında TDT-nin qlobal güc kimi formalaşmasına öz töhfəsini verəcək və bu məsələdə qarşıda duran hədəflərinə nail olacaq. Qəbələdə keçiriləcək TDT-nin XII Zirvə görüşü bu hədəflərə nail olunması istiqamətində ciddi addımların atıldığı bir mərhələ olacaq.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri